Əsas Səhifə > Şou-biznes > "AXI HEÇ KİMLƏ İŞİM YOXDUR"...

"AXI HEÇ KİMLƏ İŞİM YOXDUR"...


18-03-2013, 10:21
"AXI HEÇ KİMLƏ İŞİM YOXDUR"...
Milli.Az xəbər verir ki, Novruz bayramını doğmaları ilə keçirməkdən ötrü Bakıda qalan Azəri Günel (Zeynalova) depressiyaya düşməmək üçün yollar axtarır.

Əməkdaşımızla söhbətində bəzi bədxahlarından şikayətlənən Günel mehriban düşmənlərinin saysız-hesabsız olduğunu gizlətmədi: “Getdiyim məclislərdə, çıxış etdiyim tədbirlərdə görüşdüyüm insanlar bir ağızdan mənə olan sevgilərini dilə gətirəndə, təbii ki, sevinirəm.

Çox təəssüf ki, bu xoş anlar elə də uzun sürmür. Çünki üzümə gülüb arxamca danışanların iç üzünün açılması mənə həddindən artıq pis təsir edir. Bilmirəm onlar məndən nə istəyirlər. Axı heç kimlə işim yoxdur.

Mənə görə ən böyük zərbə depressiyaya məruz qalmaqdır. Hər gün çalışıram ki, özümə qapılmayım, yollar da axtarıram. Tək təsəllim məni canları qədər sevən ailə üzvlərimin yanımda olub, dəstək çıxmalarıdır.

Allah-Təala onları mənə çox görməsin. Bir də ataların bir sözü var, “Var olsun düşmənim, məni yıxılmağa qoymur. Buradan bir daha səslənirəm ki, bəziləri məni özünə düşmən yox, yaxşı dost bilsələr, uduzmazlar”.

Geri qayıt