Əsas Səhifə > Sosial, Manşet > GİZLİ KAMERASI OLAN TƏKCƏ KEÇMŞ ABU REKTORU DEYİL

GİZLİ KAMERASI OLAN TƏKCƏ KEÇMŞ ABU REKTORU DEYİL


18-03-2013, 10:14
GİZLİ KAMERASI OLAN TƏKCƏ KEÇMŞ ABU REKTORU DEYİL
MOTOSİKLET-ESKORT ROTASININ KOMANDİRİ “MADO”DA KİMLƏRİ ÇƏKDİRİR?

DİA.AZ: - Keçən həftə Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet-eskort rotasının komandiri Cəmşid Hənifəyevlə bağlı ilginc faktları diqətinizə təqdim etmişdik və bildirmişdik ki, bu istiqamətdən DİA.AZ-a xeyli sayda məlumatlar daxil olduğundan araşdırmamızın davamı da olacaq. Beləliklə, məlumatlarımızın davamını diqqətinizə təqdim edirik.

Cəmşid Hənifəyevlə bağlı səslənən iddialar arasında onun ARDNŞ prezidenti Rövnəq Abdullayev ilginc “dotluq” münasibətlərinə də toxunmuşduq və bildirmişdik ki, DYP işçisi bu münasibətlərdən istifadə edərək ARDNŞ rəhbərindən “Xalqlar Dostluğu” metrosu ətrafında Heydər Əliyev Parkındakı yerləşən “MADO” kafesini və oradakı bir neçə çayxananı istəyir və təbii ki, alır. Bu obyektləri isə öz növbəsində xalası uşaqlarına verir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, “MADO” kafesinin özünün fəaliyyət kifayət qədər qaranlıqdır və hətta “istirahət mərkəzi” kimi çalışan bu kafenin gizli çəkilişlər üçün nəzərdə tutulan videokamera ilə nəzarətə alınan otaqları da var. Hətta jurnalistlərdən birinin başına “MADO”da maraqlı bir olay da gəlib. Belə ki, həmin kafeyə təsadüfən yolu düşən jurnlaistlərdən birini həmin kameralı otağa yerləşdiriblər. Bundan xəbər tutan kafe rəhbərliyi ofisiantları elə jurnalistin gözü qarşısında danlayaraq “Bura kameralı otaqdır, dostumuzu nədən bu otağa əyləşdirmisən” deyərək maraqlı bir jestdə də bulunub.

C.Hənifəyevin qanunsuz əməlləri barədə olan məlumatlar isə bununla bitmir. Son məlumatlardan birində qeyd olunur ki, o, hər ay ona aylıq haqq verməyən bahalı maşınların sahiblərini müəyyən yollarla ilişdirməyə çalışır. Belə ki, ona aylıq haqq verməkdən imtina edən bahalı maşın sahiblərinin üstünə öz işçilərini göndərən C.Hənifəyev işçilərinin maşın sahibləri ilə mübahisə zəmininə girməsi tapşırığını verir.

Eyni zamanda da televiziya kanallarında işləyən yaxın adamlarını da hadisə yerinə çağırır və provokasiyaya gedərək, polislərlə kobud davranan həmin bahalı maşın sahiblərini kameraya çəkdirir. Maşın sahibləri də bundan sonra müəyyən cərimə ödəməyə məcbur olurlar. C.Hənifəyev də bununla həmin sürücülərdən qisas alır.

Araşdırmalarımız davam edir, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Bizi iuzləməkdə davam edin...

Geri qayıt