Əsas Səhifə > Cəmiyyət > BAKIDA BOMBA HƏYƏCANI

BAKIDA BOMBA HƏYƏCANI


30-11-2011, 11:19
BAKIDA BOMBA HƏYƏCANI

FHN-YƏ YENƏ DƏ YALAN MƏLUMAT VERİLİB

Bakıda yaşayış binasına bomba qoyulması barədə polisə məlumat daxil olub. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib.

Hadisə dünən axşam saatlarında qeydə alınıb. Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edən naməlum şəxs Yasamal rayonu, Z. Xəlilov küçəsi, bina 18/46, mənzil 6 ünvanına bomba qoyulması barədə məlumat verib. Daxil olan məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb, həmin ünvana baxış keçirilib. Məlumat təsdiqini tapmayıb.

Həyata keçirilən tədbirlər nəticəsində anonim zəngin edildiyi ünvan müəyyənləşib.

Hazırda polisə yalan məlumat verən şəxsin tutulması istiqamətində axtarışlar davam etdirilir.


Geri qayıt