Əsas Səhifə > Hadisə > KƏRƏM HƏSƏNOVUN CƏLİLABAD PROJESİ

KƏRƏM HƏSƏNOVUN CƏLİLABAD PROJESİ


22-09-2011, 14:39
KƏRƏM HƏSƏNOVUN CƏLİLABAD PROJESİ

KOMİTƏ SƏDRİ LİDER OLMAQ İSTƏYİR

DİA.AZ: - Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun son zamanlar böyük var-dövlət sahibinə çevrilməsi barədə söz-söhbətlər səngimək bilmir.

Komitə rəhbəri rəsmi baxımdan baş verən qanunsuzluqlardan qazandıqları hesabına artıq ölkə oliqarxları sırasına daxil olmaqdadır. Komitə sədrinin nəzarətində olan biznes sahələrindən biri də onun Birləşmiş Ərəb Əmirliklərində və başqa ölkələrdə çalışan müxtəlif müəssisələri, şirkətləri dəstəkləməsi və onlarla şərikli ticarat işi görməsidir.

“Dünya” İnformasiya Agentliyinə (dia.az) verilən məlumatlara görə K.Həsənov Çexiyada mineral suların istehsalı və qablaşdırılması ilə məşğul olan bir müəssisə açıb. Həmin müəssədə »Mattoni» mineral suları istehsal olunur. Adıçəkilən su Azərbaycan telekanallarında da reklam olunur. Əldə etdiyimiz məlumata görə Kərəm Həsənov Çexiyada həm də meyvə şirəsi istehsal etdirir. Amma Azərbaycanda bu sahə fövqaladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğundan həmin məhsullar ölkəyə gətirilmir. Bir vaxtlar Fərhad Əliyevin himayəsində xırda fiqurlardan sayılan Kərəm Həsənov indi cənub bölgəsinin kuratoru olmaq iddiasındadır. Belə ki, uzun müddətdir ki, Cəlilabad rayonu Dövlət Əmlak Komitəsinin sədrinin kurasiyasındadır. Rayonun icra başçısı da Kərəm Həsənovun yaxın adamı və »sağ əli» olmaqla yanaşı, həm də komitə sədrinin rayondakı biznesinin rəhbəri kimi tanınır.

Məlumat üçün onu da bildirək Cəlilabad Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov əslən Cəbrayıl rayonundandır. O, vaxtilə taxıl biznesilə məşğul olub. Bu gün də Cəlilabaddakı məhsuldar torpaqlarda Kərəm Həsənova məxsus olan hektarlarla taxıl sahələrinin becərilməsinə şəxsən özü rəhbərlik edir. Maraqlıdır ki, Ə.Əzizov biznes təcrübəsinə də malikdir. O əvvəllər Bakıda karamel satışıyla məşğul olub. İndi isə icra başçısının Xırdalanda mərmər sexi var ki, rayonda aparılan abadlıq işlərində Xırdalandakı sexin tullantılarından istifadə edilir. Nəticədə dövlətin külli miqdarda pulu təmir adıyla mənimsənilir. Biznes sahəsində belə geniş təcrübəyə malik olduğundandır ki, Əzizov komitə sədrinin rayondakı və ətraf ərazilərdəki obyektlərinə də nəzarət edir. K.Həsənovun bölgədəki obyektləri isə kifayət qədər çoxdur. Rayona ümumi kurotorluğu isə Kərəm Həsənovun əmisi oğlu, Cəlilabad və ətraf rayonlarda komitə sədrinin qeyri-rəsmi səlahiyyətli nümayəndəsi olan İlqar Həsənov rəhbərlik edir.


Geri qayıt