Əsas Səhifə > Cəmiyyət > YENİ ŞURA YARADILIR

YENİ ŞURA YARADILIR


30-11-2011, 11:00
YENİ ŞURA YARADILIR

ŞURA BEYNƏLQALQ QURUMLARLA BİRGƏ PLANLAŞDIRILIB

Azərbaycanda qabaqcıl xarici ölkələrdə özünü doğruldan Əməyin Mühafizəsi üzrə Sosial Şuranın yaradılması məsələ gündəmdədir.

APA-ECONOMİCS-in xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev jurnalistlərə açıqlamasında deyib.

R. Tağıyev bildirib ki, şuranın əsasnaməsi beynəlxalq təşkilatlarla birgə hazırlanıb. Onun sözlərinə görə, şura bu ilin sonuna kimi fəaliyyətə başlayacaq. Nazirlik rəsmisi vurğulayıb ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin şura ilə birlikdə fəaliyyəti nəticəsində iş yerlərində təhlükəsizliyin təmin olunmasına diqqət artırılacaq.


Geri qayıt