Əsas Səhifə > Şou-biznes > "MƏN ƏVƏZOLUNMAZAM”

"MƏN ƏVƏZOLUNMAZAM”


30-11-2011, 10:40
"MƏN ƏVƏZOLUNMAZAM”

XANIM SƏNƏTÇİDƏN ETİRAFLAR

Azərbaycan estradasındakı ən ekstravaqant müğənnilərdən biri, əməkdar artist Elza Seyidcahan Milli.Az xəbər portalına verdiyi açıqlamasında əvəzolunmaz olduğundan danışdı.

"Mən əvəzolunmazam. Əslində, mən şou-biznesə aid deyiləm. Mən sənətlə məşğul olduğumdan sənətdəyəm. Şou-biznesə isə sürüşüb düşmüşük, çünki qazancımız bundan çıxır.

Məncə, hər birimizin öz yolu olmalıdır sənətdə. Mənim ardıcılım ola bilər, amma kiminsə məni əvəz etməsi mümkün deyil. Çünki Elza Seyidcahanın janrı nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda da yeni bir janrdır.

Mənə tez-tez deyirlər ki, hansısa müğənni mənim yolumla gedir. Sözün düzü, mən buna sevinirəm. İkinci Elza yoxdur, amma ardıcıllarım ola bilər. Və bu insanlara da mən dəstək olmağa hazıram. Lakin Elza olmaq heç də asan deyil. Çünki mən bu sənətə çox acınacaqlı bir yolla gəlmişəm", - E.Seyidcahan dedi.

Əməkdar artist sözləri Musa Yaquba, musiqisi isə özünə məxsus olan "Ölürəm bir dəli sevgiyçün" adlı yeni mahnısının da artıq radio dalğalarında səsləndiyini qeyd etdi.


Geri qayıt