Əsas Səhifə > Ölkə, Manşet > GƏRGİNLİK NÖQTƏSİNDƏ OLAN MƏMURLAR KİMDİR?

GƏRGİNLİK NÖQTƏSİNDƏ OLAN MƏMURLAR KİMDİR?


15-03-2013, 12:33
GƏRGİNLİK NÖQTƏSİNDƏ OLAN MƏMURLAR KİMDİR?
ONLARIN ÇƏKİŞMƏSİ BAŞLARINA BƏLA AÇIB

DİA.AZ: - Neçə müddətdir ki, hakimiyyət daxilində yeni münaqişə ocağı yaranıb. Söhbət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrit Kərəm Həsənovla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun arasındakı gərginlikdən gedir. Bildirək ki, vəziyyət hətta tərəflərin bir-birilərinə qarşı mətbuatda kompramatlar açıqlamasına qədər inkişaf edib. Və o həddə çatıb ki, artıq bu qarşıdurma «yuxarıların» da nəzərlərini cəlb edib.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbənin sözlərinə görə, Kərəm Həsənovun DTXK şefi ilə bağlı mətbuatda kampaniya aparması artıq faktlarla sübuta yetirilib. Mənbənin söylədikləri:

«Xatırlayırsınızsa, İlham Əliyev hələ hakimiyyətinin ilk illərindən daxili qovğalara qarşı sərt davrandığını nümayiş etdirib. Hətta bir neçə il əvvəl o zamanlar nazir postunu tutan Əli Nağıyevlə təhsil naziri Misir Mərdanovun arasındakı çəkişməyə reaksiya verərək onlara «siyasətlə məşğul olmaq istəyirsinizsə, istefa verin» çağırışını da etmişdi. Yəni prezident buk imi olaylara münasibətini ortaya qoyub».

Mənbəmiz iddia edir ki, indi də Qərib Məmmədovla Kərəm Həsənovun arasındakı nifaq eyni qaydada reaksiyaya məruz qalıb: «Onsuz da hər ikisinin əskisi tüstülüdür və hər ikisinin vəzifələrini itirmə təhlükəsi yaşadıqları məlumdur. Belə olan təqdirdə məlum qalmaqalın şişməsi onların gedişini daha da sürətləndirmiş olacaq».

Məlumatlı qaynaq iddia edir ki, artıq hər iki yüksəkçinli məmura «yuxarıların» danlağı çatdırılıb. Deməli, onlar ən azından «özlərini doğrultmaları» üçün vaxt əldə ediblər.

Geri qayıt