Əsas Səhifə > Partiya > İSA QƏMBƏRƏ AMİP-DƏN CAVAB

İSA QƏMBƏRƏ AMİP-DƏN CAVAB


15-03-2013, 11:16
İSA QƏMBƏRƏ AMİP-DƏN CAVAB
"İSTƏDİYİ FORMATI AÇIQLASIN"

Ötən il dekabrın 7-də “Asiman Palace” restoranında 8 müxalifət partiyası liderinin iştirakı ilə keçirilən görüşdən sonra bunun davamlı olacağı bildirilmişdi.
Xatırladaq ki, sözügedən görüşdə müxalifət partiyalarından AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri Iqbal Ağazadə, ALP sədri Əvəz Temirxan, VIP sədri Əli Əliyev, AMİP sədri Yusif Bağırzadə, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, o cümlədən Ziyalılar Forumunun yaradıcılarından olan professor Rafiq Əliyev iştirak etmişdi.
Yaxın günlərdə oxşar görüşün keçirilməsi planlaşdırılsa da, AMİP sədri Yusif Bağırzadəÿmətbuata açıqlamasında bildirib ki, onlar Müsavat başqanı İsa Qəmbərin də bu görüşdə iştirakına çalışsalar da, ondan hələ ki, cavab yoxdur.
Bu məsələ ilə bağlı qəzetimizə açıqlamasında Müsavat başqanı İsa Qəmbər bildirib ki, keçirilən görüşlərlə bağlı istər mediada, istərsə də təklifi səsləndirən şəxslərə mövqeyini ifadə edib: “Indiki mərhələdə bu formatda görüşlərdə iştirakı məqsədəuyğun hesab eləmirəm. Eyni zamanda onu da bildirmişəm ki, bu prosesdə iştirak edən həmkarlarımıza da uğurlar arzulayıram”.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, əgər İ.Qəmbər görüşdə iştirak etmək istəmirsə, bu onun seçimidir. “Isa Qəmbər görüşdə iştirak etmək istəmir. Biz nə edə bilərik?”,- deyə S.Cəlaloğlu vurğuladı.

AMİP sədri Yusif Bağırzadə isə bildirdi ki, əgər İ.Qəmbəri hazırkı müzakirə formatı və iştirakçılar qane etmirsə, o zaman o, mövqeyin nümayiş etdirsin və hansı formatda görüşün mümkün ola biləcəyini ortaya qoysun: “ABŞ səfiri ilə görüşdən sonra partiya sədrlərinin hamısına müraciət etdim. Hamı da razılığını bildirdi. Isa bəyə də müraciət etdim. O isə bildirdi ki, mənə fikrini söyləyəcək. Bu söhbətin bir xeyli şahidi var. Əgər Isa bəy hazırkı formatı məqbul saymırsa, o zaman istədiyi formatı təklif eləsin”.

Geri qayıt