Əsas Səhifə > Sosial, Manşet > VƏHABİLƏRİ “QARABAĞ AZAN”I İKİ YERƏ PARÇALADI

VƏHABİLƏRİ “QARABAĞ AZAN”I İKİ YERƏ PARÇALADI


15-03-2013, 11:05
VƏHABİLƏRİ “QARABAĞ AZAN”I İKİ YERƏ PARÇALADI
ƏLİXAN MUSAYEVİN AÇIQLAMASI ONA QARŞI KAMPANİYAYA RƏVAC VERİB

DİA.AZ: - Redaksiyamıza özlərini “sələfi” adlandıran Azərbaycan vəhabiləri arasında fikir ayrılığının yaranması barədə məlumat daxil olib. DİA.AZ-a göndərilən müraciətdən aydın olur ki, sələfilərin bir qolunun rəhbəri Əlixan Musayevin Qarabağ azanına verdiyi reaksiya heç də birmənalı qarşılanmayıb.

Müraciəri diqqətinizə təqdim edirik: “Mart ayının 12-də mətbuatda belə bir başlıqla "İlahiyyatçı Əlixan Musayevdən “Qarabağ Azanına” dəstək " adı bir yazı paylaşıldı. Yazıdan bir neçə hissə sizlərə təqdim edəcəyik:

“İlahiyyatçı Əlixan Musayev bildirib ki, adıçəkilən azanın məscidlərdən səsləndirməsində heç bir problem yoxdur. “Əksinə torpaqlarımızın işğalda olduğu bir vaxtda bu cür təşəbbüslər dəstəklənməlidir”.

Bəli, bu düzdü, fəqət bəzi qardaşlar nədənsə məsələni araşdırmadan Əlixan qardaş haqda pis zəndə oldular. Əvvəlcə onu nəzərinizə çatdırım ki , Qarabağ azanında bidət sözlər var, " Əmirəl möminin Əliyyən Vəliyullah " .. Əziz qardaşlarım, siz necə fikirləşə bilərsiniz ki Əlixan Musayev bidət bir əməlin yayılmasına dəstək olur? Mədinə Tələbəsi Bidətə təsdək verir ? yəni siz buna inanırsınızmı ? Subhanallah. bu inanılası bir ş ey deyil. Məsələni araşdırmaq üçün dünən Əlixan Musayevlə əlaqə saxladıq və yayılan xəbəri onun özündən eşitmək istədik.

Sual verən qardaşımız : Əs salam aleykum Şeyx. adınızıdan belə bir məlumat yayılıb, guya ki siz Qarabağ azanına dəstək verirsiz. bildiyimiz kimi Qarabağ azanında bidət kəlmələr var, bu nə dərəcədə doğrudur ? Zəhmət olmasa buna aydınlıq gətirərdiniz.

Əlixan Musayev : va aleykuma salam. Bəli, mənə zəng olundu, saytın müxbiri tərəfindən suallar verildi.

Sual belə oldu : Dini Komitə Məscidlərdə Qarabağ azanını təbliğ olunmasın irəli sürüb, bu barədə fikrinizi bilmək istərdik..

Mən həmin müxbirə : Qarabağ azanını mənə dinlətin sonra. Mən həmin azanı dinlədikdə orada bidət kəlmələr yox idi, yənii "Əmirəl möminin Əliyən Vəliyullah " kəlməsi çıxardılmışdır. Mən cavabında, “bəli bu azanı yaymaq olar” dedim.

Sonra Əlixan Musayev sözünə davam edərək deyir ki : Amma məscidlərdə Azan canlı verilməlidir. Yəni ki süni şəkildə ( Disknən, Maqintafon vasitəsi ilə və s. yox) azanı vermək olmaz. Azan canlı şəkildə verilməlidir.

O ki qaldı orda bəzi artırmalara, misalçün - “Təklif edərdik ki, məscidlərdə namazdan öncə olan xütbələrdən əvvəl azan – rəmzi şəkildə- səsləndirilsin..... bu kimi sözlər artırılmadır

Sonra Sual verən qardaşımız deyib ki, həmin xəbərdə yazılıb ki, həmçinin radio və televiziyalarda olan dini verilişlərdə Qarabağ azanı səsləndirilsin və onun haqqında geniş məlumatlar verilsin.

Bu Suala Əlixan qardaşımız belə cavab verib:

Bəli, elədi ki var. Mən Bidət olmayan azanı qəsd edərək demişəm. Əgər o azan yayılarsa, bu o deməkdi ki dəvət Radio və Televiya vasitəsi ilə yayılacaq. Lakin o məqalədə çox şeylər şişirdilərək və artırılaraq yazılıb.
_______________________________

Qeyd : Diqqət edin qardaşlar, Əlixan Musayev bidət kəlməsi olmayan Azana dəstək verib. Yəniki o azanda bidət kəlmələr yığışdırmış formasını qəsd edib. Həmçinin müxbir qeyd edib ki, nəinki Əlixan Musayevlə, ümumiyyətlə bu barədə Məscid imamları ilə əlaqə saxlanılıb. Həmçinin məscidimiz imamı Şeyx Qamət Süleymanovlada əlaqə saxlanılıb.

Qardaşlar, hər deyilən cəfəngiyyata inanmayın. Bir baxın görün o məlumatı kim yayıb. Necə ki bundan əvvəl yayılmış " Əlixan Musayev Hicrət edib " və s. Aydındır ki bu fitnəkarların işi yalnız bir məsələni şişirdərək kimisə gözdən salmaq, alçaltmaq, və yalan xəbərlər yaymaqdır. Bildiyiniz kimi bu günkü gün, Sələf Dəvəti və Dəvətçiləri hədəf alınıb. Hədəf şəxslər deyil, hədəf dəvətdi, Sələfin dəvətini hədəfə alıblar ki, bu dəvəti yıxsınlar.

Lakin Uca Allah Quranda buyurur

Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz, kafirlərin xoşuna gəlməsə də, O, Öz nurunu tamamlayar.

Tövbə surəsi 32 ci ayə

Qardaşlar belə məlumatlar yayıldıqda dərhal inanmayın, araşdırın. Uca Allahın bu ayəsini unutmayın:

Ey iman gətirənlər! Əgər bir fəsadçı sizə bir xəbər gətirsə, (onu) araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.

Hucurat surəsi 6 cı ayə”

DİA.AZ-dan: Göründüyü kimi, mətbuatda Əlixan Musayevin adından Qarabağ azanı ilə bağlı yer alan açıqlama vəhabilər arasında əməlli-başlı çaxnaşma yaradıb ki, biz də həmin qalmaqallı olaya tərəflərdən birinin, yəni Əlixan Musayev tərəfdarlarının izahatrını diqqətinizə çatdırdıq. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt