Əsas Səhifə > Gündəm, Manşet > GÖMRÜKDƏKİ İSLAHATIN İLGİNC PƏRDƏARXASI

GÖMRÜKDƏKİ İSLAHATIN İLGİNC PƏRDƏARXASI


15-03-2013, 10:35
GÖMRÜKDƏKİ İSLAHATIN İLGİNC PƏRDƏARXASI
GÖMRÜK KOMİTƏSİ FHN ŞEFİNİN NƏZARƏTİNDƏN ÇIXARILIR: DƏYİŞİKLİK VAR

DİA.AZ: - Dövlət gömrük komitəsinin strukturlarında total kadr islahatlarının anonsunu hələ xeyli əvvəldən vermişik. Və redaksiyamıza bu bardə çox maraqlı məlumatlar daxil olub. Bilgili qaynağın DİA.AZ-a söylədiklərindən belə aydın olur ki, əslində DGK-da nəzərdə tutulan islahatlar bu qurumun əl dəyişdirməsi ilə bağlıdır.

Mənbənin söylədikləri: «Məlumdur ki, gömrük orqanları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarəti altındadır və artıq bu seçkilərə qədər gömrüyün əl dəyişdirilməsi siyasəti yürüdüləcək və bu səbəbdən yeni sahibin kimləri hansı vəzifəyə gətirəcəyi, kimləri hansı vəzifədən alacağı mütləq aydınlaşmalıdır».

Məlumatlı qaynaq iddia edir ki, nəzərdə tutulan kadr islahatları da bununla bağlıdır: «Burada bir maraqlı məqam var ki, gömrükdə hədəfə alınacaq vəzifələrin artıq siyahıları da hazırlanır. Onlar barələrində ən çox şikayət olunanlar, barələrində ən çox mətbuatda yazılanlardır. Yəni kimdən narazılıq varsa, həmin gömrük məmuru vəzifəsindən azad ediləcək».

Belə bir niyyətin varlığını həm də hakimiyyətin yeni siyasi kursu ilə uyuşmasını da önə sürən mənbəmiz əlavə etdi ki, bu əsnada DGK rəhbəri Aydın Əliyevin və daha bir neçə nüfuzlu gömrük məmurunun vəzifələrindən alınacağı şübhəsizdir.

Geri qayıt