Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BU GÜN PARQALI İBRAHİM PAŞANIN EDAM GÜNÜDÜR

BU GÜN PARQALI İBRAHİM PAŞANIN EDAM GÜNÜDÜR


15-03-2013, 10:06
BU GÜN PARQALI İBRAHİM PAŞANIN EDAM GÜNÜDÜR
DİA.AZ: - Bu gün Azərbaycan tamaşaçılarının da sevə-sevə izlədiyi teleseriallardan biri qardaş Türkiyənin istehsalı olan «Möhtəşəm Yüz İl»dir. Onu da bildirək ki, Qanuni Sultan Süleymanın hakimiyyət dövründən bəhs olunan həmin filmi maraqlı edən həm də aktyorların obrazları xüsusi istedadla yaratmalarıdır.

DİA.AZ bildirir ki, bu gün - 15 mart tarixə Sultan Süleymanın sevimli sədr-əzəmi olan və sözügedən filmdə bir neçə bölüm öncə edam olunan Parqalı İbrahim Paşanın ölüm günü kimi düşüb. Məhz bu tarixdə 1523-1536-cı illərdə sədr-əzəm vəzifəsini daşıyan İbrahim Paşa dörd dilsiz cəllad tərəfindən boğularaq edam olunub.

Geri qayıt