Əsas Səhifə > Siyasət, Manşet > SÜRPRİZ MAHİYYƏTLİ ƏFV FƏRMANI VERİLƏ BİLƏR

SÜRPRİZ MAHİYYƏTLİ ƏFV FƏRMANI VERİLƏ BİLƏR


15-03-2013, 09:29
SÜRPRİZ MAHİYYƏTLİ ƏFV FƏRMANI VERİLƏ BİLƏR
HAKİMİYYƏT İÇİNDƏ BU QƏRARIN ERTƏLƏNMƏSİNƏ ÇALIŞANLAR KİMDİR?

DİA.AZ: - Bu il Novruz bayramı ərəfəsində əfv fərmanının veriləcəyi gözlənilsə də, bir çox hüquq-müdafiəçilərinin pessimist açıqlamaları belə bir addımın atılmayacağı təəssüratını yaratmaqdadır. Bildirilənə görə, növbəti əfv fərmanının verilməsi 10 may tarixi ərəfəsinə təsadüf edəcək.

Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki mənbə isə iddia edir ki, əfv fərmanının verilib-verilməməsilə bağlı yekun qərar yenə də prezidentin səlahiyyətindədir: «Necə ki, son siyahı da prezidentin qələmi ilə təsdiqlənir, eləcə də prezident əfv fərmanının verilib-verilməyəcəyinə qərar verir. Amma tədarük olub və bu səbəbdən fərmanın imzalanmayacağı haqda deyilənləri qəti hökm kimi qəbul etmək olmaz».

Mənbəmiz onu da bildirdi ki, bu əfv fərmanı ilə bir çox sürpriz isimlərin azadlığa çıxması gözləniləndir: «Təbii ki, hakimiyyət içində prezidentin vətəndaşlara hər hansı sıcaq jest niyyətini süngüylə qarşılayanlar var. Amma həmin qüvvələr artıq əvvəlki qüdrətlərini itirdiklərindən Novruz bayramında və yaxud da sonrakı dönəmdə verilməsi gözlənilən əfv fərmanının sürpriz mahiyyəti mütləq müşahidə olunacaq».

Geri qayıt