Əsas Səhifə > Cəmiyyət > MİLLİ DEMOKRATİYA İNSTİTUTU QAYITDI
MİLLİ DEMOKRATİYA İNSTİTUTU QAYITDI29-11-2011, 17:03 |
QURUMUN AZƏRBAYCAN OFİSİ FƏALİYYƏTİNİ BƏRPA EDİB ABŞ Milli Demokratiya İnstitutu (National Democratic İnstitute - NDİ) Azərbaycanda fəaliyyətini bərpa edib. APA-nın məlumatına görə, qeydiyyat məsələsi hələlik rəsmiləşməsə də, NDİ-ın fəaliyyətinə icazə verilib. Fəaliyyətini bərpa edən İnstitut artıq bir sıra layihələr, o cümlədən Gənc Liderlər Proqramını icra etməyə başlayıb. NDİ-nin rəsmi dövlət qeydiyyatı üçün tələb olunan sənədləri isə hazırda Azərbaycan Ədliyyə Nazirliyində baxışdadır. Müvafiq hüquqi prosedurların yaxın zamanlarda başa çatacağı və qurumun rəsmi qeydiyyata alınacağı gözlənilir. Xatırladaq ki, ABŞ Milli Demokratiya İnstitutu cari ilin mart ayında Azərbaycanda fəaliyyətini dayandırmağa məcbur olub. Həmin vaxt beynəlxalq QHT-lərin qeydiyyatı üzrə yeni qanunvericilik təşəbbüsü çərçivəsində NDİ-ın yenidən qeydiyyata alınması zərurəti yaranmış, bu səbəbdən qurumun Azərbaycan ofisi fəaliyyətini dondurmalı olmuşdu. Qeyd edək ki, NDİ dünyanın bir çox bölgəsində demokratik təsisatların möhkəmləndirilməsi, şəffaf seçkilərin təmini, vətəndaş fəallığının artırılması və digər istiqamətlərdə çalışan qeyri-hökumət təşkilatıdır. Milli Demokratiya İnstitutu Azərbaycanda 1995-ci ildən fəaliyyət göstərir. Geri qayıt |