Əsas Səhifə > Ölkə, Manşet > MASALLININ İCRA BAŞÇISI TƏXRİBAT PLANINDA
MASALLININ İCRA BAŞÇISI TƏXRİBAT PLANINDA14-03-2013, 11:59 |
DAHA BİR SÜNİ GƏRGİNLİK OCAĞI YARADILIR DİA.AZ: - Hakimiyyət daxilində münasibətlər yenidən gərginləşib. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələr məlumat ötürüb. Qaynağın bildirdiyinə görə, artıq tərəflər arasındakı şiddət hətta münasibət aydınlaşması üçün seçkilərin yetişməsinin gözlənilməsi mövqeyinin də aktuallığını itirməsilə nəticələnib. Mənbənin söylədikləri: «İqtidar daxilindəki rusiyayanlı qüvvələrin fəallığı göz önündədir. Nəyin bahasına olursa-olsun «süni düşmənlər» və «süni gərginlik ocaqları» yaradaraq hakimiyyətin diqqətini yayındırmağı, süni monolitlik yaratmağı qəsd ediblər. Bu, bütün sferalarda hiss olunmaqdadır. Dövlət başçısına saxta hesabatlar təqdim olunmaqla, onlar özlərini gərəkən qüvvə kimi təqdim etməyə çalışırlar və elə bir təəssürat yaradırlar ki, sanki bu gün Ramiz Mehdiyev vəzifədə olmazsa, ölkə qarışa bilər. Əslində ölkəni qarışdıran elə həmin qüvvələrdir və onlar gərginliyi seçkilərə qədər daşımağı, seçkilərdən sonra da uduşla çıxmağı düşünürlər». Məlumatı verən qaynaq iddia edir ki, artıq Kremlin sifarişi ilə hərəkət edən dairələr yeni təlimat alıblar: «Həmin təlimatın icrasına maraqlıdır ki, bəzi icra başçıları da cəlb olunub. Onlardan biri də Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovdur. Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator vəzifəsini tutmuş Rafil Hüseynovun kimin kadrı olması məlumdur». Mənbə bildirir ki, bu yaxınlarda Masallıda təxribat xarakterli olaylar baş verəcək: «Guya ki, iranmeyilli qüvvələr etiraz aksiyası keçirərək icra hakimiyyəti binasına yürüş edəcəklər. Halbuki bütün bu proseslərin ssenarisi PA-da cızılıb və icraçı elə icra hakimiyyətinin özüdür». Məhz bu kimi olaylarla iqtidarın ümumi diqqətinin və ictimai rəyin yanlış istiqamətə yönəldilməsi cəhdlərinin bundan sonra da davam edəcəyini bildirən mənbəmiz onu da əlavə etdi ki, İsmayıllı olaylarının ssenarisi daha bir neçə rayonda da həyata keçiriləcək. Geri qayıt |