Əsas Səhifə > Cəmiyyət > NAZİR ƏYALƏTƏ ÇIXDI
NAZİR ƏYALƏTƏ ÇIXDI29-11-2011, 16:23 |
ƏƏSMN RƏHBƏRİ AĞCABƏDİ VƏ YEVLAX SAKİNLƏRİNİ QƏBUL EDİB Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu gün Ağcabədi və Yevlax rayonlarında nazirliyin həmin rayonlar və ətraf rayonlar da daxil olmaqla 10 rayon üzrə fəaliyyət göstərən strukturlarının fəaliyyəti ilə bağlı prezidentə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların müraciətləri dinlənilib və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələri yerində araşdırılıb. Bu zaman bir sıra əsassız şikayət ərizələri ilə yanaşı, haqlı narazılıqların olduğu da müəyyən edilib. Nazir vətəndaşların müraciətlərin qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verib. Həmçinin belə hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, vətəndaşlarla münasibətlərdə qanunsuz əməllərin aşkarlandığı təqdirdə, bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi barədə tapşırıq verib. Nazirliyin müvafiq qurumlarına vəzifəsinin icrasına məsuliyyətsiz və səhlənkar münasibət göstərən əməkdaşlar barədə tədbirlər görülməsi tapşırılıb. Geri qayıt |