Əsas Səhifə > Ölkə, Manşet > RUSİYA ŞİMAL BÖLGƏMİZDƏ MÖHKƏMLƏNİR

RUSİYA ŞİMAL BÖLGƏMİZDƏ MÖHKƏMLƏNİR


14-03-2013, 11:20
RUSİYA ŞİMAL BÖLGƏMİZDƏ MÖHKƏMLƏNİR
SÖYÜN SADIQOV AZƏRBAYCANDA TƏŞKİLATLANIR

DİA.AZ: - Moskvada yaradılan “Milyarderlər İttifaqı” Azərbaycanda leqal fəaliyyətə başlayıb. DİA.AZ-ın “Azadlıq.tv”-yə istinadən verdiyi məlumata görə, “Milyarderlər İttifaqı”nın əsas simalarından olan Söyün Sadıqovun təsisçisi olduğu “AzərRos” təşkilatının şimal bölgəsində özəkləri yaradılır. Son bir ay ərzində 5 min nəfər “AzərRos”a üzv yazılıb.

Mənbənin bildirdiyinə görə, “AzərRos”un şimal bölgəsində təşkilatlanma işinə Hacəliyev Tahir Seyidəli oğlu rəhbərlik edir. Əslən Quba rayonunun Pirvahid kəndindən olan T. Hacəliyevin Söyün Sadıqovla tələbə yoldaşı və ailə dostu olduğu söylənilir. Rusiyada kifayət qədər tanınmış şəxs olan T. Hacəliyev Rusiya və Dagıstanın Yazıçılar Birliyinin, “AzərRos”un Federal Şurasının, Rusiya Jurnalistlər Birliyinin üzvüdür. T.Hacəliyev həmcinin BMT-nin Şimali Qafqazda narkomaniya və narkotik alverinə qarşı mübarizə layihəsində mətbuat kordinatorudur. T. Hacəliyev Türkiyənin “NTV” telekanalı ilə əməkdaşlıq edir. Mənbənin bildirdiyinə görə, T. Hacəliyev həmdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə qohumdur.

Şimal bölgəsindən “Azadlıq.tv”-yə daxil olan məlumata görə, T. Hacəliyev Quba, Qusar və Xacmaz rayonlarında böyük nüfüza sahibdir. “AzərRos”un Azərbaycanda özəklərinin yaranmasında T. Hacəliyevin şəxsi nüfuzu önəmli rol oynayıb. Eyni zamanda şimal rayonlarının bəzi icra başçıları, yüksək vəzifəli məmurlar T. Hacəliyevə təşkilatlanma işində yaxından köməklik edir. Elə bu səbəblər üzündən “AzərRos”un nümayəndələri sərbəst şəkildə təşkilatlanma işini həyata keçirir.RUSİYA ŞİMAL BÖLGƏMİZDƏ MÖHKƏMLƏNİR


Qeyd edək ki, Azərbaycan hakimiyyəti “Milyarderlər İttifaqı” nın yaranmasına kəskin etirazını bildirib. Hakimiyyətin ən yuxarı eşalonunda yer tutan şəxslər “Milyarderlər İttifaqı”nı Azərbaycanın siyasi hakimiyyətinə alternativ olaraq yaradıldığını acıq şəkildə ifadə edib. “Milyarderlər İttifaqı”nın nümayəndəsi, Baş Nazirin sabiq 1-ci müavini Abbas Abbasovun dövlət başçısı İlham Əliyevlə görüşməsi də gərginliyi aradan qaldırmadı. Bir sıra ekspertlər “Milyarderlər İttifaqı”nın Rusiya prezidenti Vladimir Putin tərəfindən yaradıldığını önə sürürlər. Ekspertlərin rəyinə görə, Putin Azərbaycanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir. Bunun üçün Putinin Gürcüstan təcrübəsindən yararlanmaq qərarına gəldiyi önə sürülür. Ekspertlərin rəyinə görə, Putinin Azərbaycanın “İvanaşvli”sini siyasi meydana çıxarmaqda israrlıdır və “Milyarderlər İttifaqı”ı bu məqsədlə yaradılıb.

Siyasi ekspertlərin verdiyi rəyləri Gürcüstan prezidenti Mixail Saakaşvilinin acıqlamaları ilə təsdiq etmiş olub. Mixail Saakaşvili Bakı səfərindən sonra, Tiflisdə verdiyi acıqlamasında, Rusiyanın Azərbaycanda cevriliş planı hazırladığı barədə acıqlama vermişdi. Mixail Saakaşvili konkret olaraq Söyün Sadıqovun adını cəkmişdi. Görünür “Milyarderlər İttifaqı” barədə deyilənlər öz təsdiqini tapmaqdadır. Mövzunu davam etdirəcəyik

Geri qayıt