Əsas Səhifə > Hadisə > "TÜRK HAVA YOLLARI"NDAN RƏZALƏT

"TÜRK HAVA YOLLARI"NDAN RƏZALƏT


14-03-2013, 09:16
"TÜRK HAVA YOLLARI"NDAN RƏZALƏT
SƏRNİŞİNLƏRƏ ERMƏNİ QƏZETİ TƏQDİM OLUNUR

Türkiyənin aviaşirkətlərindən olan “Türk Hava Yolları” (THY) erməni qəzeti olan “Agos”u sərnişinlərinə pulsuz paylamağa başlayıb. Məlumata görə, İstanbul “Atatürk” hava limanı Beynəlxalq uçuşlar terminalındakı pulsuz qəzet stendinə “Agos” da qoyulub. THY - “Agos” əməkdaşlığının beynəlxalq uçuşları da əhatə edə biləcəyi qeyd edilib.

Xatırladaq ki, 2007-ci ildə öldürülən erməni jurnalist Hrant Dinkin təsis etdiyi “Agos” qəzeti Türkiyədə yaşayan etnik ermənilərin mətbu orqanıdır.

Geri qayıt