Əsas Səhifə > Ölkə, Manşet > GÖZLƏNİLƏN KADR İSLAHATLARI ERTƏLƏNMƏYİB

GÖZLƏNİLƏN KADR İSLAHATLARI ERTƏLƏNMƏYİB


13-03-2013, 15:14
GÖZLƏNİLƏN KADR İSLAHATLARI ERTƏLƏNMƏYİB
PA-DA TOTAL DƏYİŞİKLİKLƏR BAŞ VERƏCƏK

DİA.AZ: - Hakimiyyət içində növbəti kadr islahatlarına yaxın günlərdə, daha dəqiqi Novruz bayramından sonra start veriləcək. Bu barədə DİA.AZ-a xəbər ötürən hökumət içindəki mənbə qeyd edib ki, nəzərdə tutulan, yəni xəbəri yayılan bütün dəyişikliklər həyata keçiriləcək.

«Kimlər üçünsə proseslər səngimiş kimi görünə bilər. Amma vəziyyət heç də görüntüdə olan kimi deyil. Əslində görüntünün özü də kifayət qədər qaynardır. Lakin iqtidar daxilində cərəyan edən hadisələrlə görüntüdəki mənzərənin uzlaşdırılması cəmiyyət üçün xeyli çətinləşsə də, məlumatlı dairələr nəyin necə baş verməsinin tam fərqindədirlər» deyən mənbəmiz iddia edir ki, Novruz bayramından sonra ilk olaraq 6 rayonun icra başçısının istefaya göndərilməsi nəzərdə tutulub:

«Bunun ardından isə iki nazir vəzifəsindən alınacaq. Daha sonra ən ciddi islahatlar Prezident Administrasiyasında olacaq. Ramiz Mehdiyevlə yanaşı, ona yaxın olan fiqurlar da görəvlərini itirəcək».

Geri qayıt