Əsas Səhifə > Partiya > ÜMİD-ÇİLƏR ARTUR RƏSİZADƏNİN İSTEFASINI TƏLƏB EDİR

ÜMİD-ÇİLƏR ARTUR RƏSİZADƏNİN İSTEFASINI TƏLƏB EDİR


29-11-2011, 15:15
ÜMİD-ÇİLƏR ARTUR RƏSİZADƏNİN İSTEFASINI TƏLƏB EDİR

“AZƏRBAYCAN HÖKUMƏTİ İSTEFA VERMƏLİDİR”

“Tarif Şurasının son iclasında qiymət artımı ilə bağlı qəbul edilmiş qərar Azərbaycan əhalisinin sosial reallıqlarını nəinki özündə ehtiva etmir, əksinə büdcənin sosial yönümlü olmadığını bir daha təsdiq edir. Əmək haqlarında cüzi artım nəzərdə tutulduğu halda, qiymətlərin müxtəlif təyinatlar üzrə bir neçə dəfə qaldırılması əhalinin onsuz da çətin olan sosial həyatını daha da çətinləşdirəcəkdir” .

Məlumata görə, bu bəyanatla Azərbaycanın müxalifət partiyalarından biri olan Ümid çıxş edib. Partiya yaydığı bəyanatda bildirib ki, əhalinin aztəminatlı təbəqəsinin istifadə etdiyi Bakı Metropolitenində sərnişindaşıma qiymətlərinin 20 qəpiyə qaldırılması isə iqtisadi baxımdan yalançı statistika ilə əsaslandırılıb.

Əgər nəzərə alsaq ki, metro tikintisi və yeni avadanlıqların alınması zamanı istifadə olunan vəsaitlər məhz dövlət büdcəsindən ayrılır, həmçinin Bakı Metropoliteninin ziyanla işləməsi ilə əlaqədar bu quruma büdcədən hər il dotasiyalar verilir onda sərnişin daşımalarının qiymətinin qaldırılmasının əsassızlığı bir daha təsdiqini tapacaqdır.

Ümid Partiyası hesab edir ki, dövlətin qiymət tənzimləməsi prosesi eyni zamanda siyasi amilləri də özündə ehtiva edir. Azərbaycan höküməti hər bir qərarında dünyada baş verən prosesləri və əhalinin iqtisadi-siyasi maraqlarını nəzərə almğa bilavasitə borcludur. Dünyada sosial gərginliklərin fəsadlarının yaşandığı indiki dönəmdə Tarif Şurasının narazılıq yaratmağa xidmət edə biləcək qiymət artımı xalqın taleyini ümumiyyətlə nəzərə almamaqdan başqa bir şey deyil.

Ümid Partiyası sədrinin Milli Məclisdə 2012-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı büdcənin düşünülürək talan olunmasına göz yuman hökumətin istefa verməsinin zəruri olması çağırışı hesab edirik ki, bir millət vəkili tərəfindən seçilmiş kifayət qədər doğru taktikadır. Partiya hesab edir ki, hökümət yol verdiyi yanlışlığı dərhal düzəltməli, əks təqdirdə isə istefaya getməlidir

Geri qayıt