Əsas Səhifə > Dünya > KİBERHÜCUM TERRORİZMDƏN DAHA TƏHLÜKƏLİDİR

KİBERHÜCUM TERRORİZMDƏN DAHA TƏHLÜKƏLİDİR


13-03-2013, 12:08
KİBERHÜCUM TERRORİZMDƏN DAHA TƏHLÜKƏLİDİR
ABŞ KƏŞFİYYATI BELƏ DÜŞÜNÜR

FaktXəbər-inverdiyi məlumata görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klepper hazırda kiberhücumun terrorizmdən daha təhlükəli olduğunu deyib.

Senatın qarşısında kəşfiyyat barədə çıxış edən Klepper kompyuter texnologiyalarının inkişafı ilə əlaqədar olaraq ABŞ-ın yeni potensial təhlükələrlə üz-üzə durduğunu da vurğulayıb. O, bununla əlaqədar olaraq hakerlərin elektroenerji şəbəkələrinin idarəsi sisteminə və infrastrukturun digər obyetlərinə hücumunu misal gətirib.

ABŞ bu hücumların arxasında çinli hakerlərin durduğunu ehtimal edir. Bəzi amerikalı ekspertlər isə kiberhücumların Çin hökumətinin rəyi ilə həyata keçdiyi iddiasındadırlar.

Yeri gəlmişkən, qeyd edək ki, Çin kiber təhlükəsizliklə əlaqədar Birləşmiş Ştatlarla danışıqlar aparmağa, həmçinin təhlükəsizliyin təmini məqsədiylə əməkdaşlıq etməyə hazır olduğunu deyib.

Geri qayıt