Əsas Səhifə > Hadisə > MAŞINDAN 218 MİN OĞURLADILAR

MAŞINDAN 218 MİN OĞURLADILAR


29-11-2011, 12:32
MAŞINDAN 218 MİN OĞURLADILAR

MAŞININ KİMƏ MƏXSUS OLDUĞU AÇIQLANMIR

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb. Bu barədə Nərimanov Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, hadisə ötən gün baş verib. “Nissan” markalı maşından 218 min ABŞ dolları oğurlanıb. Polisdən maşının kimə məxsus olması barədə açıqlama verilməyib.

Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Nadir Məmmədov APA-ya bildirib ki, hazırda oğurluq hadisəsinin açılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Geri qayıt