Əsas Səhifə > Siyasət, Manşet > FƏRHAD ƏLİYEV ƏFV OLUNMASI ÜÇÜN MÜRACİƏT EDİB

FƏRHAD ƏLİYEV ƏFV OLUNMASI ÜÇÜN MÜRACİƏT EDİB


12-03-2013, 12:26
FƏRHAD ƏLİYEV ƏFV OLUNMASI ÜÇÜN MÜRACİƏT EDİB
KEÇMİŞ NAZİRLƏ YANAŞI QARDAŞININ DƏ ƏRİZƏ YAZDIĞI BİLDİRİLİR

DİA.AZ: - Məlum olduğu kimi, bu il Novruz Bayramı ilə əlaqədar dövlət başçısı İlham Əliyevin növbəti əfv fərmanını imzalayacağı gözlənilir. Artıq əfvə düşməsi təklif edilən məhbusların siyahısı prezident yanında əfv komissiyası tərəfindən hazırlanaraq təqdim olunub.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, 2005-ci ilin 17 oktyabr tarixində həbs edilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də əfv olunması üçün prezidentə müraciət edib. Məlumatı verən mənbə bildirir ki, əfv ərizəsini keçmiş nazirin yaxın qohumları təqdib edib.

Mənbə bildirir ki, keçmiş nazirlə yanaşı, qardaşı, «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyev də əfv olunması üçün müraciət edib.

Geri qayıt