Əsas Səhifə > Gündəm, Manşet > KTN SİSTEMİNDƏ KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR

KTN SİSTEMİNDƏ KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR


12-03-2013, 10:57
KTN SİSTEMİNDƏ KORRUPSİYA HƏBSİ GÖZLƏNİLİR
İSMƏT ABBASOVA QARŞI TOPLANAN FAKTLAR HÜQUQİ ARAŞDIRMAYA VERİLİR

DİA.AZ: - Özü artıq hədəfdə olan və vəzifəsindən alınmasının yaxın günlərə təsadüf ediləcəyi söylənilən kənd təsərrüfatı naziri İsmət Abbasov tək bu cəza ilə yetinməyəcək. Bu barədə DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, KTN şefinin rəhbərliyi altında yol verilən korrupsiya ilə bağlı aparılan araşdırmaların enində-sonunda hüquq-mühafizə orqanlarına hüquqi qiymətin verilməsi üçün təqdim olunacağı gözlənilir.

Xatırladaq ki, dünən İsmət Abbasova qarşı çox ciddi ittihamların yer aldığı sənəd dolu sübutların toplandığı və bunun da nəticəsində KTN rəhbərliyində dəyişiklik qərarının verilməsi barədə məlumat yaymışdıq. Mötəbər mənbənin son bilgiləndirməsindən isə məlum olur ki, İsmət Abbasova qarşı toplanan materiallar əsasında cinayət işi də açıla bilər:

«Çünki bu faktların bəzilərinin ictimailəşməsi mümkündür. Və bunun da nəticəsində KTN rəhbərliyinə aid bir neçə sima həbs oluna bilər».

Mənbəmiz bildirdi ki, iki ildən artıqdır davam edən antikorrupsiya tədbirlərinin «yuxarılara» doğru irəliləyəcəyi əvvəlindən də gözlənilirdi: «Əslində, bu tədbirlər çoxdan «yuxarıları» fəth edib. Elə 2005-ci ildə həbs olunan keçmiş səhiyyə naziri Əli İnsanovun məhz iqtisadi cinayətlərə görə 2007-ci ildə mühakimə olunması belə deməyə əsas yaradır. Amma antikorrupsiya tədbirləri ayrıca dövlət siyasəti kimi sonradan elan olunub».

Mənbəmiz onu da əlavə etdi ki, İsmət Abbasovla bağlı faktlar konkret olaraq KTN-nin iki rəhbər işçisinin həbsi üçün yetərlidir.

Geri qayıt