Əsas Səhifə > Cəmiyyət > RUSİYADA SÖYÜN SADIQOVU MƏHKƏMƏYƏ VERİBLƏR
RUSİYADA SÖYÜN SADIQOVU MƏHKƏMƏYƏ VERİBLƏR12-03-2013, 10:46 |
İDDİAÇI MOSKVA HÖKUMƏTİDİR “Məni heç kəs ofisimdən çıxartmayıb. Rusiya xüsusi təyinatlı orqanlarının məni ofisimdən güclə çıxarması haqqında yayılan məlumat yalandır”. Bu açıqlamanı APA-nın Moskva müxbirinə Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) fəxri prezidenti Söyün Sadıqov verib. O, məsələnin “AzərRos”a və yeni yaratdığı Rusiya Milli Vahid Partiyasına heç bir aidiyyəti olmadığını söyləyib: “Mənim Moskvada bir neçə yerdə ofisim var. Hal-hazırda “Mosrekonstruksiya” adlı şirkətimin yerləşdiyi ofislə bağlı Moskva hökuməti ilə problem yaranıb. Xavskaya küçəsi, 26 ünvanında yerləşən həmin bina yataqxanadır. Yataqxananın bir hissəsi mənimdir, bir hissəsi isə Moskva hökumətinin balansındadır. İndi isə Moskva hökuməti mənim ofisimin yerləşdiyi hissəyə də məhkəmə iddiası qaldırıb. Eynilə mən də onları məhkəməyə vermişəm. İşə Moskva Arbitraj Məhkəməsi baxır. Məhkəmə prosesi aprelin 16-da olacaq. Heç kəs məni ofisimdən çıxartmayıb. Bu, sırf iqtisadi məsələdir, Moskva hökuməti ilə mənim sahibi olduğum “Mosrekonstruksiya” şirkəti arasında ərazi üstündə gedən bir mübahisədir”. S. Sadıqov “AzərRos”un ofisinin paytaxtın digər ərazisində, Krasnaya Presnya, 24 ünvanında yerləşdiyini söyləyib: “Həmin ofis də mənimdir. “AzərRos” bu ünvanda fəaliyyət göstərir”. Qeyd edək ki, dünən Moskva Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşlarının Söyün Sadıqovu Xavskaya küçəsi, 26 ünvanında yerləşən ofisindən zorla çıxardığı barədə məlumat yayılıb. Geri qayıt |