Əsas Səhifə > Siyasət, Manşet > 2013-CÜ İLİN FAVORİT QÜVVƏSİ: NAXÇIVAN KLANI

2013-CÜ İLİN FAVORİT QÜVVƏSİ: NAXÇIVAN KLANI


12-03-2013, 10:14
2013-CÜ İLİN FAVORİT QÜVVƏSİ: NAXÇIVAN KLANI
BU İQTİDARİÇİ QRUPLAŞMA PROSESLƏRDƏN UDUŞLA ÇIXACAQ ŞANSDADIR

DİA.AZ: - Prezident seçkilərinin günbəgün yaxınlaşması hakimiyyət daxilində cərəyan edən olayların da şiddətli xarakter alması ilə müşaiyət olunmaqdadır. Bu barədə hökumət içndəki bilgili qaynaqlar tərəfindən ötürülən informasiyada bildirilir ki, son zamanların hadisələri yenidən Naxçıvan qruplaşmasının mövqelərinin möhkəmlənməsinə 2013-cü il seçkilərinin favorit qüvvəsinə çevrilməsinə nədən olub.

Mənbəmizin sözlərinə görə, həm Prezident Administrasiyasının rəhbərliyində yeni mövqe qazanan simaların və həm də Naxçıvan qruplaşmasına aid digər yüksəkranqlı məmurların qabarıq şəkildə önə çıxamları, əlavə səlahiyyətlər, imkanlar, rıçaqlar əldə etmələri belə deməyə əsas yaradır ki, seçkilər və seçkilərdən sonrakı proseslər də onların maraq dairəsinə uyğun tərzdə cərəyan edəcək.

Konkret faktlara gəlincə isə mənbəmiz bildirdi ki, nəzərdə tutulan kadr islahatları nəticəsində boş qalacaq yerlərə namizəd olanların əksəriyyəti sözügedən qruplaşmanın üzvləridir: «Onlardan birinin nazir postuna, digərinin isə başqa bir yüksək vəzifəyə gətirilməsi gözlənilir. Eləcə də daha 4 mühüm vəzifəyə də Naxçıvan qruplaşmasına aid fiqurlar gətiriləcək».

Onu da qeyd edək ki, gözlənilən dəyişikliklərdə sabiq naxçıvanlı məmurların da vəzifə ilə mükafatlandırılaqcağı nəzərdə tutuılub.

Geri qayıt