Əsas Səhifə > Şou-biznes > DAVUD GÜLOĞLU BAKIDAN GETSƏ DƏ...

DAVUD GÜLOĞLU BAKIDAN GETSƏ DƏ...


12-03-2013, 09:59
DAVUD GÜLOĞLU BAKIDAN GETSƏ DƏ...
ONUN SÖZ-SÖHBƏTİ HƏLƏ ÇƏKİLMƏYİB

Milli.Az xəbər verir ki, ötən həftə Bakıda qonaq olmuş türkiyəli ulduz Davut Güloğlu vətəninə qayıtsa da, söz-söhbəti hələ də səngimir. Müğənninin toyda iştirak etdiyi zaman teleaparıcı Xədicə Sənanqızı ilə birlikdə çəkildiyi kadrlarının ictimailəşməsi gündəmi zəbt etdi.

Əməkdaşımıza verdiyi açıqlamada Xədicə Davutla olan fotolarından qətiyyən narahatçılıq keçirmədiyini dilə gətirdi: "Biz Davut Güloğlu ilə xeyli vaxtdır tanışıq və onunla da iki dost olaraq iş barəsində söhbət edirdik. Xahiş edirəm ki, kimsə bu şəkillərə hansısa don yaraşdırmasın.

O gedib, söz-söhbəti qalıb. Əgər kimlərsə nigarandırsa, İnşallah, İstanbula getdiyimdə mütləq onunla görüşüb yenidən şəkillər çəkdirərəm".

Geri qayıt