Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZƏRBAYCAN HAKERLƏRİ BU İŞİ BACARDI

AZƏRBAYCAN HAKERLƏRİ BU İŞİ BACARDI


12-03-2013, 08:58
AZƏRBAYCAN HAKERLƏRİ BU İŞİ BACARDI
ERMƏNİ XƏBƏR PORTALI DAĞIDILDI

DİA.AZ: - Bir neçə gün əvvəl erməni mətbuatının sevinci ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. Belə ki, Ermənistanın «panorama.am» saytı «Azərbaycan hakerləri bu işi bacarmadı» başlığı ilə bir xəbər yaymışdılar və bildirirdilər ki, Türkiyə türkcəsində fəaliyyət göstərən «ermenihaber.am» portalı neə müddətdir ki, azərbaycanlı hakerlərin hədəfində olsa da, saytın dağıdılmasına nail olunmayıb.

DİA.AZ-ın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, dünən axşam saatlarından etibarən Azərbaycan hakerləri bu işi bacarıb. Yəni «ermenihaber.am» portalı dağıdılıb.

Qeyd edək ki, bu portal Türkiyə türkcəsində erməni həyasızlığını dünyaya çatdırmaqla məşğul idi.

Geri qayıt