Əsas Səhifə > Dünya > İRƏVANDA TƏQDİMAT

İRƏVANDA TƏQDİMAT


29-11-2011, 11:00
İRƏVANDA TƏQDİMAT

MİNSK QRUPUNUN YENİ HƏMSƏDRİ SERJ SƏRKİSYANA TƏQDİM OLUNUB

ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Yerevanda Ermənistan prezidenti Serj Sərkisyanla bir araya gəliblər. Noyabrın 28-də keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli planı müzakirə olunub.

“Media forum” saytının məlumatına görə, fransalı həmsədr Bernar Fasye onu əvəzləyəcək diplomat Jak Foru Serj Sərkisyana təqdim edib. Jak For Albaniya, Estoniya və Ukraynada səfir vəzifələrində çalışıb.

ATƏT-in Minsk qrupu 1992-ci ilin martında yaradılıb. Azərbaycan, Ermənistan, Almaniya, Belarus, Finlandiya, İtaliya, İsveç, Niderland, Portuqaliya, Türkiyənin də daxil olduğu ATƏT-in Minsk qrupunun üç həmsədri var – Rusiya, Fransa, ABŞ.

Bernar Fasye Fransanı ATƏT-in Minsk qrupunda 2005-ci ildən təmsil edib.


Geri qayıt