Əsas Səhifə > Hadisə > XARİCİ MÜTƏXƏSSİSİN ƏCƏLİ BAKIDA İMİŞ

XARİCİ MÜTƏXƏSSİSİN ƏCƏLİ BAKIDA İMİŞ


11-03-2013, 10:54
XARİCİ MÜTƏXƏSSİSİN ƏCƏLİ BAKIDA İMİŞ
"ŞAXTO SPETSSTROY"DA FACİƏLİ ÖLÜM

Bakının Sabunçu rayonu ərazisində şirkətə xarici ölkədən cəlb olunmuş mütəxəssis faciəvi şəkildə ölüb.

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, hadisə Sabunçu qəsəbəsi, Ziya Bünyadov prospektində yerləşən 2 saylı “Şaxto spetsstroy” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı filialında baş verib.

Şirkətə Rusiyadan dəvət olunmuş mütəxəssis, 36 yaşlı Vadim Konovalovu qaynaq aparatının işləməmsi nəticəsində elektrik cərəyanı vurub. O, yerindəcə keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Geri qayıt