Əsas Səhifə > Sosial, Manşet > MƏHBUS ƏLİYEV QARDAŞLARINA AZADLIQ GÜNƏŞİ

MƏHBUS ƏLİYEV QARDAŞLARINA AZADLIQ GÜNƏŞİ


9-03-2013, 11:50
MƏHBUS ƏLİYEV QARDAŞLARINA AZADLIQ GÜNƏŞİ
ŞOK: FƏRHAD VƏ RAFİQ ƏLİYEVLƏRİN ADLARI ƏFV SİYAHISINA SALINIB

DİA.AZ: - Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar əfv fərmanının veriləcəyi gözlənilir. Artıq bu barədə yerli mətbuatda da müəyyən xəbərlər yayılıb. DİA.AZ-a adının çəkilməsini istəməyən hüquq-müdafiəçilərindən birinin verdiyi informasiyalardan aydın olur ki, 21 Mart ərəfəsində veriləcək əfv qərarında müəyyən sürprizlər ola bilər.

Artıq əfvə düşəcək şəxslərin siyahısının hazırlandığını bildirən mənbə iddia edir ki, siyahıda keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və onun qardaşı, «Azpetrol» Neft şirkətinin sabiq prezidenti Rafiq Əliyevin də adları var.

Mənbənin söylədikləri: «Hələlik həmin adların sona qədər siyahıda qalıb-qalmayacağı məlum deyil. Amma məsələ orasındadır ki, bu vaxta qədər Əliyev qardaşlarının adları bu mərhələyə qədər siyahıda saxlanılmamışdı. Yəni ola bilsin ki, həmin adların yer aldığı siyahı imzalanması üçün prezidentə təqdim edilsin».

Geri qayıt