Əsas Səhifə > Ölkə > HƏYAT YOLDAŞI GÜLƏR ƏHMƏDOVA İLƏ GÖRÜŞÜB

HƏYAT YOLDAŞI GÜLƏR ƏHMƏDOVA İLƏ GÖRÜŞÜB


9-03-2013, 11:38
HƏYAT YOLDAŞI GÜLƏR ƏHMƏDOVA İLƏ GÖRÜŞÜB
İSTİNTAQ HƏRƏKƏTİ APARILMIR

Bu gün mətbuatda Gülər Əhmədovanın yeni vəkili Raqif Mustafayevə istinadən xəbər yayılmışdı ki, o martın 7-də eks-deputatla görüşüb və 3 saat müddətində onunla müdafiə taktikasını müzakirə ediblər. Vəkil onu da bildirmişdi ki, Gülər xanımın ailəsindən heç kim onunla görüşməyib və eks-deputat Elşad Abdullayev barəsində Respublika Prokurorluğu tərəfindən cinayət işi qaldırılmasından xəbərsizdir.

DİA.AZ bildirir ki, xəbəri dəqiqləşdirmək üçün Moderator.az Gülər xanımın həyat yoldaşı Fikrət Əhmədovla əlaqə saxlayıb. Məlum olub ki, o martın 8 – də həyat yoldaşıyla görüşüb. F. Əhmədov bildirdi ki, əsasən evləriylə, ailələriylə bağlı danışıblar, hal-əhval tutublar. Ondan Elşad Abdullayev haqqında cinayət işi qaldırıldığından Gülər xanımın xəbəri olub-olmadığını soruşduq. Bildirdi ki, artıq xəbəri var. F. Əhmədov bildirdi ki, həyat yoldaşının səhhətində yenilik yoxdur və həkim nəzarəti altında müalicə alır, lazımı iynələri vurulur. Eyni zamanda onu da bildirdi ki, fevralın 13-dən üzü bəri, yəni təcridxanaya köçürüləndən bu günədək onunla heç bir istintaq hərəkətləri aparılmayıb.

Geri qayıt