Əsas Səhifə > Cəmiyyət > “ERMƏNİLƏR 1-2 RAYONDAN ÇIXSA”...

“ERMƏNİLƏR 1-2 RAYONDAN ÇIXSA”...


29-11-2011, 10:44
“ERMƏNİLƏR 1-2 RAYONDAN ÇIXSA”...

“TÜRKİYƏ PROTOKOLLARI İMZALAYA BİLƏR”

“Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların Türkiyə parlamentində səsverməyə çıxarılması ehtimalı hələ də var”. APA-nın xəbərinə görə, bu sözləri Ermənistanın “News.am” xəbər portalına açıqlamasında Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer deyib.

Lakin o hesab edir ki, bunun baş verməsi üçün Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyiş olmalıdır: “Bu iki proses arasında hüquqi əlaqə olmasa da, praktikada Türkiyə siyasi mülahizələrlə bu prosesləri bir-biri ilə əlaqələndirib. Ankara irəliləyiş adı altında nəyi nəzərdə tutduğunu açıqlamayıb. Böyük ehtimalla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baza prinsiplərinin imzalanması və ya erməni qoşunlarının Dağlıq Qarabağ ətrafında işğal olunmuş 1-2 rayondan çıxması nəzərdə tutulur”.

S. Freyzerin fikrincə, qoşunların çıxarılması bütün regional dinamikanı sülh və inkişafın xeyrinə dəyişə bilər: “Nə Ermənistan, nə də Dağlıq Qarabağ məsələn, Füzuli kimi ərazilər üzərində suverenlik hüququna iddialı deyillər”.


Geri qayıt