Əsas Səhifə > Ölkə, Manşet > AYAZ MÜTƏLLİBOV YENİDƏN BÖYÜK SİYASƏTƏ DÖNÜR

AYAZ MÜTƏLLİBOV YENİDƏN BÖYÜK SİYASƏTƏ DÖNÜR


8-03-2013, 13:09
AYAZ MÜTƏLLİBOV YENİDƏN BÖYÜK SİYASƏTƏ DÖNÜR
KREML KEÇMİŞ PREZİDENTƏ TƏŞKİLAT YARADIR

DİA.AZ: - Bakıya döndükdən sonra siyasətə «əlvida» dediyini bildirən keçmiş prezident Ayaz Mütəllibov son günlər xüsusi olaraq fəallaşıb. «Siyasətə qarışmıram» deyə-deyə siyasi açıqlamalar verən, ortaya konkret mövqe və fikir qoyan və aşkar surətdə siyasi fəaliyyətlə məşğul olan Ayaz Mütəllibovun əslində böyük siyasətdə aktiv mövqe tutacağını xeyli əvvəldən məlumat vermişdik. Doğrudur, sonradan bu xəbərimiz Mütəllibova yaxın dairələr tərəfindən inkar olundu. Amma bu gün baş verənlər, hələ də Kremlin diqtəsilə hərəkət etməkdə olan Ayaz Mütəllibovun özünə siyasətdə yer etmə cəhdləri nəzərlərdən yayına bilməz.

Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlar da təsdiqləyir ki, müstəqil Azərbaycanın ilk prezidenti 20 illik həsrətdən sonra Bakıya dönüşü zamanı həm də bir siyasi öhdəlik də götürüb. Məlumatlı mənbənin söylədikləri:

«Ayaz Mütəllibovdan hər zaman Rusiya Azərbaycana qarşı istifadə edib. Bu gün də Kreml Azərbaycanla bağlı ən ağır günlərini yaşayır. Bir yandan «Milyarderlər ittifaqı» ilə bağlı planlarının fiaskoya uğraması, bir yandan hakimiyyət içindəki rusiyayanlıların hədəfə alınması, buna paralel olaraq müxalifətdə Rusiyaya aid şüarların populyarlıq qazana bilməməsi Kremli əlavə vasitələrə əl atmağa vadar edir».

Mənbəmiz bu vasitələrdən biri kimi Ayaz Mütəllibovun yenidən böyük siyasətə dönüşünün ön görüldüyünü də söyləyib: «Artıq bu barədə keçmiş prezidentə Moskvadan təlimat verilib. Son zamanlar Mütəllibovun adamları xüsusi olaraq aktivləşiblər. Onlar hətta Ayaz Mütəllibovun lehinə mətbuatda kampaniya da aparmağa girişiblər».

Məlumatı verən qaynaq iddia edir ki, yaxın günlərdə Kremlin sifarişi ilə Ayaz Mütəllibovun tərəfdarlarının təşkilatlanması da gözlənilir: «Bu, Rusiyanın rəsmi Bakıya növbəti sürprizi kimi də dəyərləndirilə bilər. İlk başından Ayaz Mütəllibov kənarda qalırmış kimi davranacaq. Amma işin mahiyyəti fərqlidir. Yeni elan olunacaq təşkilata sonradan məhz keçmiş prezidentin rəhbərlik etməsi və prezident seçkilərində xüsusi fəallıq etməsi planlaşdırılır».

Geri qayıt