Əsas Səhifə > Hadisə, Manşet > TƏBRİZDƏ RAFİQ TAĞI AKSİYASI

TƏBRİZDƏ RAFİQ TAĞI AKSİYASI


28-11-2011, 19:07
TƏBRİZDƏ RAFİQ TAĞI AKSİYASI

GÜNEY AZƏRBAYCANDA MOLLA TERRORUNA ETİRAZ EDİLƏCƏK

DİA.AZ: - Fars-molla rejiminin Quzey (Şimali) Azərbaycanda bir yazıçının qətlinə fərman verməsi Güney Azərbaycandakı soydaşlarımızın da qəzəbinə səbəb olub. Artıq güneydən etiraz bəyanatları davamlı olaraq gəlməkdədir.

Son məlumatlarda isə deyilir ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Azərbaycanlı yazar Rafiq Tağının qətlini pisləyən bəyanat yayıb.

Müəlliflər qətlin İran mollası Fazil Lənkəraninin R.Tağının qətlilə bağlı 2006-cı ildə verdiyi fətvanı “terror fətvası” adlanıdırır. Bu qətli Azərbaycan dövləti və ictimai-siyasi qurumlarına ciddi xəbərdarlıq sayır.

Bir başqa mənbələrdən redaksiyamızın elektron poçtuna daxil olan informasiyada isə bildirilir ki, gələn həftə Təbrizdə Rafiq Tağı ilə bağlı teiraz yürüşü təşkil olunacaq. Yürüşün konkret vaxtı ilə bağlı isə dəqiq bilgi verilmir. Bunu təhlükəsizliklə əlaqələndirirlər.

Geri qayıt