Əsas Səhifə > Cəmiyyət > EVLƏR YIXAN, AİLƏLƏRİ DAĞIDAN - "TOPAZ"
EVLƏR YIXAN, AİLƏLƏRİ DAĞIDAN - "TOPAZ"8-03-2013, 11:52 |
FUTBOL QUMARI KİMİN İNHİSARINDADIR? Azərbacanda bir sıra mərc oyunlarını leqallaşdırılaraq onların qanuni fəaliyyətinə şərait yaradılıb. Vaxtilə ölkə ərazisini bürümüş qanunsuz totalizatorların fəaliyyəti indi qanunvericiliklə tənzimlənir. Xatırladaq ki, Milli Məclis “Bədən Tərbiyəsi və İdman haqqında” qanuna dəyişiklik edərək idmanın lotereyalar və totalizatorlar vasitəsi ilə maliyyələşdirilməsini nəzərdə tutan yeni müddəa daxil edilib. “Totalizatorların keçirilmə qaydaları haqda” əsasnamə təsdiq edildikdən sonra totalizatorlar Gənclər və İdman Nazirliyi nəzdində yeni yaradılan şöbənin nəzarətinə verilib. Artıq bukmeyker kontorları yalnız dövlət nəzarəti altında xüsusi lisenziya ilə fəaliyyət göstərirlər. Artıq neçə illərdir ki, totalozatorlardan əldə olunan vəsaitin 70 faizi Gənclər və İdman Nazirliyinə, 30 faizi isə AFFA və digər idman növlərinin inkişafına yönəldilir. Məsələ orasındadır ki, bukmeyker kontorlarında onlar üçün yaradılmış şəraitdən sui-istifadə halları tüğyan etməkdədir. Vaxtilə qanunsuz olaraq cayxanalarda təşkil edilən mərc oyunları indi acıq şəkildə “Topaz”larda davam etdirilir. Bukmeyker kantorlarının statusu dəyişsə də onların fəaliyyəti və iş prinsipi olduğu kimi qalıb. Yenə də “Topaz” totalizator məntəqələrindəki mənzərə siqaret tüstüsünün yaratdığı duman, qızğın mübahisələr, dava-dalaş və dəmir barmaqlıqdan ibarətdir. Hazırda isə bu biznes növü Azərbaycanda daha geniş vüsət alıb. Ölkənin istənilən bölgəsində bukmeyker kontorlarına rast gəlmək olar. Bu isə bu sahədə fəaliyyət göstərən şirkətlər arasında ciddi rəqabəti yaradıb. Rəqabətdə udmaq üçün bukmeykerlər şərtlərində müəyyən qədər güzəştlər edir, faiz dərəcələrini rəqibləri ilə müqayisədə daha yüksək göstərir, idman növlərinin sayının artırır. Bundan əlavə, bukmeyker kontorları daimi müştərilərini itirməmək üçün onlara xüsusi güzəştlər təqdim etməkdən belə çəkinmirlər. Qeyd edək ki,”mərc oyunu” artıq bir xəstəlik halını alıb. Nəqliyyatda, parklarda, kafelərdə insanların əksəriyyəti hansısa iki komandanın oynayacağından və “koeffsent” dən danışır. İndi Azərbaycanı xərçəng kimi bürümüş “Topaz”larda xüsusilə həftəsonu canlanma müşahidə olunur. Əhalinin sıx hərəkət etdiyi məkanlarda qərarlaşan “Topaz”lar istər-istəməz gəncləri əylənməyə cəlb edə bilir. İndi ali və orta məktəblərin ətrafında “Topaz”ların fəaliyyəti adi hala çevrilib. Odur ki, məktəb yaşlı uşaqlar “Topaz”larda əllərində siqaret özündən dəfələrlə yaşlı insanlarla proqnozlar verirlər. Üstəlik şəhəri bürümüş şirinikləşdirici reklamlar gənclərin bu tipli mərc oyunlarına cəlb olunmasında mühüm rol oynayır. Beləliklə, minlərlə insan “Topaz”lara axışaraq öz şansını yoxlayır, ancaq varlanmaq hərisliyi sonda bir çoxunu müflis edir. Hətta əmlakını, evini, avtomobilini mərcə qoyanlar var. Xüsusilə axşam saatlarında “Topaz”ların qarşısında dava-dalaş, bıçaqlanma halları qeydə alınır. Həmçinin bu oyunlar bəzən böyük faciələrə səbəb olur. Belə ki, kimi mal-mülkünü satışa qoyur, kimi də böyük pul faizlərinə girmək zorunda qalır. Ekspertlər xüsusilə vurğulayırlar ki, belə oyunlar azyaşlı uşaqlara mənfi təsir göstərir. Çünki oyunlara pul qoyuluşu edən şəxslər daim əsəb gərginliyi içində olur, həyəcan keçirirlər. ”Stavka" verməyə 3-5 manatdan başlayan uşaqlar aradabir uduraq bu oyunun aludəçisinə çevrilir. Son nəticədə isə totalizator oyununun qurbanı olur. Çünki, qisas hissi ilə yaşayan uduzanlar yalnız uduzduqlarını geri qaytarmaq barədə düşünür ki, bu da sonda ailə faciəsi ilə bitir. Bütün bunlara baxmayaraq, ailələri dağıdan, onlara bədbəxtlik gətirən, insanları müflisləşdirən “Topaz” oyunları artıq Azərbaycanda leqallaşıb. Ancaq bununla yanaşı etiraf edilməlidir ki, paytaxtda kifayət qədər qanunsuz fəaliyyət göstərən “Topaz”lar mövcuddur. Demək olar ki, hər küçədə, tində, binalaraın birinci mərtəbəsində və ən nəhayət zövqlə tikilmiş obyektlərdə “Topaz”lar “at oynadırlar”. Demək olar ki, Bakı şəhərinin müxtəlif yerlərində qanunsuz totalizator fəaliyyəti ilə məşğul olan ictimai-iaşə obyektlərində futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir. Bu qəbildən olan bəzi obyektlərin rəhbərləri dövriyyələrini, əldə etdikləri gəlirləri gizlədərək vergi orqanlarına təqdim etdikləri bəyannamələrdə təhrif olunmuş məlumatlar əks etdirirlər. Çayxana və ya kafe adı altında fəaliyyətlərini davam etdirən bir sıra totalizator kontorları isə müvafiq qaydada xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Məhz belə fəaliyyət növləri, şəxsi maraq sahibləri gənclərimizin ailələrinin dağılması, mənəviyyatlarının pozulmasında müstəsna əhəmiyyət kəsb edir. Heç bir halda demək mümkün deyil ki, gönclər “Topaz”larda asudə vaxtlarını səmərəli keçirirlər. Əksinə, gənclərimiz intellektual biliklərə yiyələnmək, təhsil səviyyəsini artırmaq əvəzinə, vaxtlarını “Topaz”larda qumar oynamaqla keçirilər. Demək olar ki, bu məşğuliyyətə artıq bir çoxları hobbi, əyləncə, istirahət, məşğuliyyət növü, xəstəlik kimi baxanlar var. Ancaq reallıq ondan ibarətdir ki, pul ya da maddi dəyəri olan hər hansı şeyin ortaya qoyulması ilə oynanılan, qarşılığında isə tərəflərdən biri və ya bir neçəsinin maddi gəlir qazandığı oyunlara verilən ümumi ad qumardır ki, o da dinimizdə haram hesab olunur. Bu oyunun iştirakçıları öz pullarını artırmaq üçün risk edirlər. Əksər hallarda uduzub-uduzmamaq iştirakçıların öz əllərində deyil. Uduzandan sonra udmaq ümidiylə yenidən oynamaq istəyirsən. Amma bəxt həmişə adamın üzünə gülmür. Qumar müxtəlif məkanlarda müxtəlif cür oynanılır. Totalizatorlar, kazinolar, bukmeker kontorları, qumarxanalar belə məkanlara misal ola bilər. Qumar oynamaq İslam da daxil olmaqla bütün dinlərdə şeytan əməli hesab edildiyindən haram buyrulub. Dinə görə, şeytan qumar vasitəsilə insanlar arasında ədavət və kin, düşmənçilik salır. Bu düşmənçilik bəzən oyun iştirakçılarından kiminsə öldürülməsilə nəticələnə bilir. Bir çox hallarda isə qumarda bütün var-yoxunu uduzanlar müflisləşməyə dözə bilməyib intihara əl atmağa məcbur olurlar ki, bu da dinə zidd əməl sayılır. Dinə görə, qumar evləri, ailələri dağıdır, varlıları zəlil, kasıb, hətta dilənçi edir, oyun iştirakçılarını borca salır. Qumar yolu ilə qazanılan pul-para haram gəlir hesab edilir. Ümumiyyətlə, İslam dinində bu haram oyunu oynayanların öz həyatlarınıı qumar masası arxasında itirdikləri göstərilir. Bu oyun qumarbazı o dərəcədə şirnikləndrir ki, o, son ana qədər ya udmağa ya da uduzmağa məcbur olur. Halbuki, yazılmamış qanuna görə, bir gün udan, mütləq o biri gün uduzacaqdır. \ olaylar \ Geri qayıt |