Əsas Səhifə > Dünya > AMERİKAYA DA QƏNİM TAPILDI

AMERİKAYA DA QƏNİM TAPILDI


8-03-2013, 11:10
AMERİKAYA DA QƏNİM TAPILDI
ABŞ MÜDAFİƏ OLUNA BİLƏCƏYİNİ DEYİR

ABŞ Şimali Koreyadan gələ biləcək istənilən hücumu dəf etməyə qadirdir. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni keçirdiyi brifinqdə bildirib, - “RİA Novosti”.

Bundan öncə Şimali Koreya bəyan edib ki, onlar hər an ABŞ-a xəbərdaredici nüvə zərbəsi endirə bilərlər. Eyni zamanda Pxenyan qonşu Seul ilə də bütün sülh razılaşmalarını dayandırıb.

“Sizə deyə bilərəm ki, ABŞ Şimali Koreya tərəfindən raket hücumu zamanı özünü qorumağa qadirdir”, - deyə Karni bildirib və əlavə edib ki, sınaqdan keçirilmiş Amerikanın RƏM sistemləri ölkənin müdafiəsinin gücünü xeyli artırıb.

Geri qayıt