Əsas Səhifə > Hadisə > 85 YAŞLI QADININ 8 MART FACİƏSİ

85 YAŞLI QADININ 8 MART FACİƏSİ


8-03-2013, 10:50
85 YAŞLI QADININ 8 MART FACİƏSİ
BAYRAM GÜNÜ YANARAQ KÜLƏ DÖNDÜ

Göyçayda yanmış evdən qadın meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan 2 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində döşəmə 2 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibəsi 1928-ci il təvəllüdlü Nuriyeva Tavat Hüseynalı qızının meyiti aşkar olunub.
Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Geri qayıt