Əsas Səhifə > Gündəm, Manşet > ELŞAD ABDULLAYEV BARƏSİNDƏ AXTARIŞ VERİLƏCƏK

ELŞAD ABDULLAYEV BARƏSİNDƏ AXTARIŞ VERİLƏCƏK


8-03-2013, 09:58
ELŞAD ABDULLAYEV BARƏSİNDƏ AXTARIŞ VERİLƏCƏK
BUNA QƏDƏR KEÇMİŞ REKTORUN ÇOXLARINI HƏDƏFƏ ALACAĞI ŞƏKKSİZDİR

DİA.AZ: - Dünən baş prokurorluq lisenziyvası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevlə baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseyn arasında rüşvət alış-verişi ilə bağlı məlumat yaydı. Məlumatlardan da aydın olurdu ki, keçmiş rektor 2010-11-ci illər üçün tələbə qəbulu planı əldə edə bilməsi üçün Vaqif Hüseynə 1 milyon ABŞ dolları həcmində rüşvət verib və sonradan həmin pulları geri almağa müvəffəq olub.

Bildirək ki, burada diqqət çəkən əsas məqamlardan ən başlıcası Elşad Abdullayevlə bağlı prokurorluqda istintaq hərəkətlərinin tətbiqidir. Prokurorluğun məlumatında bildirilir ki, qeyd olunanlar nəzərə alınaraq, habelə verilmiş pul vəsaitinin korrupsiya cinayətinin predmeti olduğundan E.Abdullayev zərər çəkmiş şəxs qismində tanınmamış, onun barəsində rüşvət verməyə cəhd etməsi faktı üzrə CM-in 29, 312.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilərək Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş korrupsiya faktları ilə bağlı aparılan cinayət işinə birləşdirilib.

Hər halda, keçmiş rektora qarşı artıq konkret ittiham maddələrinin ilk dəfə səslənməsi sözügedən müstəvidə yeniliklərin baş verməsindən xəbər verməkdədir. Xatırladaq ki, qardaşının itkin düşməsilə bağlıi istintaqa yardım edə bilməsi və ümumiyyətlə, əlindəki faktların araşdırılmasında yaxından iştirak edə bilməsi üçün Elşad Abdullayev Azərbaycana gələ biləcəyinii və bu zaman təhlükəsizliyinə dövlət başçısı tərəfindən təminatın verilməsini istəmişdi. Doğrudur, baş prokuror Zakir Qaralov keçmiş rektorun bu istəyinə müsbət cavab verərək, onun təhlükəsizliyinin dövlət tərəfindən təmin olunacağanı açıqlamışdı.

İndi isə aydın olur ki, Elşad Abdullayevə Azərbaycan hakimiyyəti yalnız can güvənliyi baxımından təminat verə bilər, çünki onun həbsi qaçılmazdır. Ən azından elan olunan iki ittiham maddəsi keçmiş rektorun qollarının qandallanması üçün yetərlidir.

Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki məlumatlı mənbə iddia edir ki, əslində Elşad Abdullayevin bu yolla Azərbaycana dönüşü əngəllənir: «Təbii ki, Elşad Abdullayevin ən azından indiki mərhələdə Azərbaycana dönüşü bu gün Ramiz Mehdiyvə qarşı hərəkətdə olan qüvvələrin özləri üçün də sərfəli deyil. Çünki tədrici olaraq ictimai rəyin PA şefinin gedişinə hazırlanması planlaşdırıldığından, həm də bu yöndə müəyyən tədarük xarakterli addımların atılması zərurəti də mövcuddur. Yəni bu ittiham maddələri artıq keçmiş rektor üçün xəbərdarlıq əhəmiyyəti daşıyır və gərəkən anda onunla bağlı hökam verib, onun beynəlxalq axtarışa verilməsi də mümkündür».

Onu da bildirək ki, Elşad Abdullayev hələ videobombardmanın ilk günlərində bəyan etmişdi ki, onun özü də mələk deyil və ona qarşı da konkret ittihamlar irəli sürülə bilər. Çox güman ki, bu zaman keçmiş rektor sağa-sola səpələdiyi milyonların hansı yolla əldə olunmasına işarə edibmiş. Amma bu halda belə, kimsənin həmin pulları fırıldaq yolu ilə ələ keçirməsinə zəmin yaratmır. Yəni yalnız oğru aləmində qüvvədə olan «oğrudan oğruya halaldır» prinsipi heç də qanunlarımızın rəğbət dairəsində deyil.

Mənbəmiz bildirir ki, əslində baş prokurorluq belə bir açıqlamanı yayması ilə Elşad Abdullayevin özünün də həbs olunacağını anons etmiş oqldu: «Amma hələlik Elşad Abdullayev türməyə adam göndərir. Onun özünün türməyə getməsinə isə çox var»…

Geri qayıt