Əsas Səhifə > Sosial, Manşet > SİZLƏRƏ ƏN BÖYÜK HƏDİYYƏMİZ AZAD QARABAĞ OLACAQ

SİZLƏRƏ ƏN BÖYÜK HƏDİYYƏMİZ AZAD QARABAĞ OLACAQ


8-03-2013, 09:31
SİZLƏRƏ ƏN BÖYÜK HƏDİYYƏMİZ AZAD QARABAĞ OLACAQ
DİA.AZ: - Əslində hər gün onların günüdür. Bir türk kişisi üçün onun qadın(lar)ı - Anası, Bacısı, ömür-gün yoldaşı, qızları şərəf təcəssümü olub. Hələ də qoca dünya türk kişisinin öz qadınının namusunu şərəfi hesab etməsinin sirrini çözə bilmir.

Bu gün onları təbrikə tələsirik. Hər kəs öz maddi imkanlarına uyğun tərzdə xanımlarını təbrik edir. Hədiyyənin böyüyü-kiçiyi olmaz. Biz də «Dünya» İnformasiya Agentliyi olaraq xoş sözlərimizlə bütün Azərbaycan Qadınlarını 8 Mart münasibətilə təbrik etmək istədik.

Gözəl xanımlarımız! Analar, bacılar, ömür-gün yoldaşları, qızlarımız… Sizi təbrik edirik. Sizə dünyanın bütün çiçəklərini bəxş etsək belə, bu az olacaq… Dünyanın çiçəkləri belə sizi təbrik edə bilməyimiz üçün yetməz…

Uca Tanrımız Sizi hər zaman güldürsün… İllərdir ki, biz Azərbaycan kişiləri sizləri ürəkdən güldürə, sevindirə bilmirik. İnşallah, buna nail olacağıq və kişi işi hesab olunan Qarabağın azadlığını günlərin birində Sizlərə hədiyyə edəcəyik…

Bayramınız mübarək…

Geri qayıt