Əsas Səhifə > Güney Press, Reklam > "BAKCELL"DƏN NOVRUZ KAMPANİYASI

"BAKCELL"DƏN NOVRUZ KAMPANİYASI


6-03-2013, 18:20
"BAKCELL"DƏN NOVRUZ KAMPANİYASI
10 DƏQİQƏ HƏDİYYƏ ƏLDƏ ET

DİA.AZ: - Balansınızı artırın və Novruz günlərində ölkədaxili bütün istiqamətlərə pulsuz zəng edin!

“Bakcell” Novruz bayramına həsr olunmuş yeni kampaniya elan edib. Kampaniya mart ayının 7-dən 24-ə qədər keçiriləcək. Mart ayının 7-dən balansına ən azı 2 manat yükləyən hər bir CİN abunəçisi ölkədaxili bütün istiqamətlərə pulsuz zənglər üçün 10 bonus dəqiqəsi alacaq.

Kampaniya çərçivəsində toplanan pulsuz dəqiqələr yalnız 20-24 mart ərzində istifadə edilə bilər. Bu müddətdə istifadə edilməyən dəqiqələr kampaniyanın sonunda silinəcək.

Kampaniyaya qoşulmaq üçün 5540 nömrəsinə pulsuz SMS göndərmək gərəkdir.

Geri qayıt