Əsas Səhifə > Hadisə > BU DƏFƏ SABİRABADLI MƏMUR BALASI AT OYNADIR

BU DƏFƏ SABİRABADLI MƏMUR BALASI AT OYNADIR


6-03-2013, 12:58
BU DƏFƏ SABİRABADLI MƏMUR BALASI AT OYNADIR
VƏZİYYƏT QARIŞA BİLƏR

Bolgexeber.com-a Şirvan şəhərindən daxil olan məlumata görə dünən axşam saatlarında Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadovun oğlu Amil Bünyadov idarə etdiyi “Jiquli”maşını ilə 55 yaşlı kişini vuraraq ona ciddi xəsarət yetirmişdir. Hadisə ilə bağlı Bolgexeber.com Şirvan Rayon DYPİ ilə əlaqə saxlamış və polis şöbəsindən məlumatı təsdiqləmişdilər. Qeyd edək ki,verilən məlumatlara görə Elman Bünyadov bu yaxınlarda oğlunu nazirliklərdən birinə yüksək vəzifəli işə qoymağa çalışırdı.Xatırladaq ki,daxil olan başqa məlumatlara görə Amil Bünyadovun adı rayonda baş verən bütün qalmaqallı məsələlərdə hallanır.Bundan başqa deyilənə görə o rayonda “avtoş” kimi tanınır.Plis şöbəsindən verilən xəbərə görə baş vermiş yol-nəqliyyat qəzası ilə əlaqədar istintaq araşdırması aparılır.
Məsələni araşdırıb yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumat verəcəyik.

Geri qayıt