Əsas Səhifə > Şou-biznes > İLHAMƏ QULİYEVADAN DAHA BİR YENİLİK

İLHAMƏ QULİYEVADAN DAHA BİR YENİLİK


6-03-2013, 10:00
İLHAMƏ QULİYEVADAN DAHA BİR YENİLİK
OĞLUNA QADAĞALI TOY EDƏCƏK

Milli.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli İlhamə Quliyeva oğlu Orxanı evləndirmək qərarına gəlib.

Aprel ayında baş tutacaq el şənliyində primadonnanın qohumları, say-seçmə dostları iştirak edəcəklər.

Əməkdaşımızla telefon söhbətində məlumatı təsdiqləyən sənətkar bildirdi ki, toyun tarixi yaxın günlərdə dəqiqləşəcək.

Onu da öyrəndik ki, İlhamə xanım toyun işıqlandırılmaması üçün media mənsublarının restorana girişinə qadağa qoyacaq.

Geri qayıt