Əsas Səhifə > Şou-biznes > "KİŞİLƏRİ DƏLİ ETMƏK İSTƏYİRƏM"

"KİŞİLƏRİ DƏLİ ETMƏK İSTƏYİRƏM"


6-03-2013, 09:28
"KİŞİLƏRİ DƏLİ ETMƏK İSTƏYİRƏM"
"ÇOXLARI ELƏ BİLƏCƏK, ÇILPAĞAM"

Bahar fəslinin gəlişi ilə qan qaynamağa başlayıb. Bu dəyişiklik səhnə adamlarında da müşahidə olunur. Elit Star Cəmilənin sonuncu foto-sessiyası bahar havasının onun da həyatına sirayət etdiyini göstərir. Bunu müğənni özü də etiraf edib:

“Mənə eşq elan edənlər çoxdur, amma hal-hazırda ürəyim boşdur. Bu şəkillərlə kişiləri dəli etmək istəyirəm. Çoxları elə biləcək çılpağam, amma əynimdə paltar var. Keçmiş zamanlarda şahzadələrin sinəsi-başı açıq olub. Qadının gözəlliyi onun sinəsində və çiyinlərindədir. Mən də öz gözəlliyimi nümayiş etdirmək istədim. Evdə çoxlu güllər var idi deyə, bahar fəsli ilə əlaqədar foto-sessiya etdim. Özüm bəzəndim, stilist eləməyib. Öz ideyamdır. Neyləyirəm stilisti, məndən çox biləcək?”

Elit Star bahar foto-sessiyası ilə bağlı səhnə təxəllüsündə də yeniliklər edəcəyini gizlətməyib: “Bu şəkillərdən sonra mənə Yaz Çiçəyi deyəcəklər. Bütün müğənnilər başlayacaq bundan sonra Cəmilə kimi bəzənib foto-sessiya etdirməyə. Yaz Çiçəyi isə ancaq mən olacağam”.


Geri qayıt