Əsas Səhifə > Cəmiyyət > GÜLƏR ƏHMƏDOVANIN İŞİNDƏ DURĞUNLUQ YARANIB
GÜLƏR ƏHMƏDOVANIN İŞİNDƏ DURĞUNLUQ YARANIB5-03-2013, 13:18 |
VƏKİLİ İSTİNTAQIN GETMƏDİYİNİ DEYİR Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Bu barədə APA-ya məlumat verən E. Qədimi G. Əhmədovanın səhhətinin yaxşı olmadığını deyib: “Gülər xanımın limfa düyünləri şişib. Vəziyyəti o qədər də yaxşı deyil. Bu gün bir neçə dəqiqəliyə görüşə bildik. Bu yaxınlarda onun müdafiəsinə məndən başqa daha bir vəkil də qoşulacaq” . E. Qədimi G. Əhmədovanın cinayət işi ilə bağlı hər hansı istintaq hərəkətinin aparılmadığını da bildirib: “Gülər Əhmədovanın cinayət işi ilə bağlı hər hansı istintaq hərəkəti aparılmır. Ona görə də heç nədən xəbərimiz yoxdur”. Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Geri qayıt |