Əsas Səhifə > Ölkə > AVROPALI DEPUTATDAN ŞOK QARABAĞ AÇIQLAMASI
AVROPALI DEPUTATDAN ŞOK QARABAĞ AÇIQLAMASI28-11-2011, 15:09 |
“ERMƏNİSTAN QARABAĞI RUSİYANIN KÖMƏYİ İLƏ İŞĞAL EDİB” Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü İvo Vayql Azərbaycana səfəri çərçivəsində Ağdam rayonunda olub. APA-nın Qarabağ bürosu xəbər verir ki, qonaq rayon rəsmiləri ilə görüşdükdən sonra 18 saylı köçkün məktəbinə baş çəkib, məktəbin şəraiti və tədrisin səviyyəsi ilə maraqlanıb. Jurnalistlərin suallarını cavablandıran İvo Vayql bildirib ki, bütün dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bilir: “Bu qəsəbədə məskunlaşan, həmçinin köçkün həyatı yaşayan başqa insanların hamısının öz doğma yurd-yuvalarına qayıtmaları labüddür. Bu, təkcə köçkünlərin problemi deyil, həm də bizim hamımızın, insanlığın problemidir”. Qonaq ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş saymadığını deyib: “ATƏT-in Minsk Qrupunun həmsədri olan şəxslərin hamısı peşəkar diplomatlardır. Amma bu məsələdə bəzi nüanslar var ki, onların səlahiyyətlərindən daha üstün məsuliyyət tələb edir. Məsələ daha geniş çərçivədə müzakirə olunmalıdır. Mən düşünürəm ki, bu problemin həllində Avropa İttifaqı da yaxından iştirak eləməlidir. Hamımız bilirik ki, bu münaqişənin həlli çox mürəkkəb bir məslədir. Ancaq maraqlı tərəflərin hamısının aktiv iştirakı ilə müsbət nəticə əldə etmək mümkün olar”. İ. Vayql hesab edir ki, ABŞ və Rusiya münaqişənin həllində daha aktiv mövqe tutmalıdır: “Çünki məhz Rusiyanın köməkliyi ilə Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu gün də həmin əraziləri boşaltmaq istəmir”. Geri qayıt |