Əsas Səhifə > Sosial, Manşet > CAVANŞİR PAŞAZADƏDƏN MÜƏMMALI HƏRƏKƏT

CAVANŞİR PAŞAZADƏDƏN MÜƏMMALI HƏRƏKƏT


22-09-2011, 13:00
CAVANŞİR PAŞAZADƏDƏN MÜƏMMALI HƏRƏKƏT

DEPUTAT ƏMLAKINI QUDASININ ADINA KEÇİRİR

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin artıq bir həftədir təkcə əmlakını deyil, həmçinin nəzarətində olan biznes sahələrini də yaxın və uzaq qohumlarının adına keçirdiyinə dair məlumatlar gəlməkdədir.

Lənkərandakı mənbələrdən TİA.AZ-a daxil olan məlumatda deyilir ki, Cavanşir Paşazadə son günlər rayona gələrək, orada özünün ən çox etibar etdiyi adamlarla görüşməyə başlayıb. Həmin görüşlərdən sonra isə deputat əmlakı və biznes sahələrini qohumlarının adına keçirməyə start verib. Mənbə bildirir ki, deputatın ən çox inandığı şəxs isə qudası Hacı Mazandır.

Belə ki, Hacı Mazanla neçə illərdir biznes ortağı olan şeyxin qardaşı daha çox ona güvəndiyini nümayiş etdirir. Bu barədə bildirilir ki, Cavanşir Paşazadə bir neçə əmlakını yaxın qohumlarının adına keçirsə də, əsas üstünlüyü Hacı Mazana verib. Bunun dəqiq səbəbləri isə bəlli deyil.

Qeyd edək ki, Cavanşir Paşazadənin belə bir addım atması ən yaxın adamları tərəfindən də müəmmalı olaraq qarşılanıb. Onlar məsələnin dəqiqliyi ilə tanış olmadıqları üçün hər hansı məlumata sahib olmadıqlarını deyirlər. Onların ehtimalı ondan ibarətdir ki, yaxın vaxtlarda hansısa problemli bir hadisə baş verəcək və deputatın da belə bir addım atması özünü sığortalamaq məqsədi güdür.


Geri qayıt