Əsas Səhifə > Güney Press, Araşdırma > KREMLƏ QARMAQ ATAN NAZİRİMİZ KİMDİR?

KREMLƏ QARMAQ ATAN NAZİRİMİZ KİMDİR?


5-03-2013, 09:28
KREMLƏ QARMAQ ATAN NAZİRİMİZ KİMDİR?
SAMİR ŞƏRİFOVUN RUSİYA SEVGİSİ

Hakimiyyətin böyük güclərlə, ilk növbədə isə Rusiya ilə soyuq müharibə şəraitində olması iqtidardakı məmur təbəqəsini qorxudur və onları öz gələcəkləri haqqında düşünməyə vadar edir. Hakimiyyət daxilindəki bu əsəb gərginliyinin getdikçə artacağı, xarici təzyiqlərin daha da güclənəcəyi tərzdə mərkəzdənqaçmaların intensivləşəcəyi də şübhəsizdir. Bu barədə "AzeriNews.org"a daxil olan məlumatlarda bəzi məmurların indidən öz gələcəkləri haqqında düşünməyə başladığı, bəzilərinin isə mümkün hakimiyyət dəyişikliyində önə çıxmağa çalışdığı bildirilir. Hökumətdə Qərbyönümlü məmur kimi tanınan maliyyə naziri Samir Şərifovun da mümkün hakimiyyət dəyişikliyinə hazırlaşan məmur təbəqəsinə aid olduğu deyilir. Maliyyə nazirinin dünyadakı siyasi proseslərə dərindən təsir etmək gücündə olan maliyyə quruluşları ilə yaxşı münasibətlərə malik olması sirr deyil. Buna görə də Samir Şərifov Qərbin dəstəkləyəcəyi biləcəyi məmurların siyahısına başçılıq edir. Maliyyə naziri olmasına baxmayaraq ciddi maliyyə qalmaqallarından kənarda qalmağı bacaran Samir Şərifovun Qərblə yanaşı Rusiyanın da dəstəyini qazanmağa çalışması haqqında "AzeriNews.org"a məlumatlar daxil olub. Məlumata görə, Samir Şərifov Putinin yaxın çevrəsi ilə əlaqələr qurmağa və Kremlin dəstəyini qazanmağa çalışır. Bu məsələdə onun Putinin tələbə yoldaşı İlham Rəhimovun imkanlarından istifadə edə biləcəyi verilən məlumatlar arasındadır. Samir Şərifovla İlham Rəhimov arasında münasibətlərin yaxşı olması, bundan başqa maliyyə nazirinin qohumluq əlaqələri olduğu Elnur Aslanovun da imkanlarından istifadə etmək imkanları var. Məlumata görə, Elnur Aslanovun əmisi, Tusi adına Azərbaycan Pedoqoji Universitetinin keçmiş rektoru Sərvər Aslanovun həyat yoldaşı Samir Şərifovun bibisidir. Bu Azərbaycan cəmiyyətində çox yaxın qohumluq əlaqələri sayılmasa da, ortaq maraqların formalaşması üçün yetərlidir. Samir Şərifov-Elnur Aslanov cütlüyünün planları isə iki hissədən, maksimum və minumum hədəfdən ibarətdir. Belə ki, mümkün olarsa Samir Şərifovun prezident postuna gətirilməsi maksimum hədəf kimi qarşıya qoyulub. Bu mümkün olmasa Samir Şərifovun hökumətin başına gətirilməsinə çalışılacaq. Lakin bu halda Samir Şərifovun hazırkı baş nazir Artur Rasizadə kimi səlahiyyətsiz hökumət başçısı olmaq niyyətində olmadığı da məlumdur. Bu prosesə ölkə daxilində dəstək qazanmaq üçün Elnur Aslanovun əlaqələri və imkanları isə Samir Şərifov üçün əvəzedilməzdir. Prezident Adminstarsiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olan Elnur Aslanovun media və vətəndaş cəmiyyəti təmsilçiləri arasında müəyyən əlaqələri malik olması, Samir Şərifovun biznes alımindəki əlaqələri ilə birləşdirmək mümkün olsa ciddi qüvvə formalaşa bilər. Bütün bu planın taleyi isə Putinin dəstəyini qazana bilib-bilməməyə bağlıdır. Buna görə də indi qarşıda duran əsas məsələ məhz Kremlin dəstəyini qazanmaqdır. Əgər Samir Şərifov bunu bacara bilsə o zaman maliyyə nazirinin gələcəklə bağlı planlarının realalşma ehtimalı artacaq.
Geri qayıt