Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCANDA DA MİLLİ "ERGENOKON" HƏBSLƏRİ

AZƏRBAYCANDA DA MİLLİ "ERGENOKON" HƏBSLƏRİ


4-03-2013, 11:03
AZƏRBAYCANDA DA MİLLİ "ERGENOKON" HƏBSLƏRİ
ELŞAD ABDULLAYEVİN SON VİDEOYA VERDİYİ ŞƏRH KİMLƏRİ NİŞAN VERİR?

DİA.AZ: - Mahir Abdullayevin Hüquqlarının Müdafiə Mərkəzi tərəfindən açıqlanan videomaterialı şərh edən lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev olduqca ilginc faktları da açıqlayaraq, «ölüm eskadronu» adını verdiyi dəstənin fəaliyyətindən də danışıb. Konkret siyahı açıqlayan keçmiş rektor bildirir ki, həmin şəxslər imkanlı adamların yaxınlarını oğurlayaraq, pul əldə ediblər və hər dəfəsində də məsuliyyətdən kənarda qalıblar.

Əslində belə bir dəstənin fəaliyyəti ilə bağlı zaman-zaman yerli mətbuatda müxtəlif fikirlər səsləndirilib. Hətta bu gün Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan məşhur quldurbaşı Hacı Məmmədovun özü də məhkəmə istintaqı zamanı çox ilginc faktları açıqlamışdı və belə məlum olurdu ki, Hacı Məmmədov üzdə olanıdır, daha bir dəhşətli banda hələ də fəaliyyətdədir.

Bununla bağlı DİA.AZ-a sızdırılan informasiyalardan belə məlum olur ki, əslində Hacı Məmmədovun bandasının bənzərlərinin hələ də fəaliyyətdə olması ilə bağlı yuxarı instansiyalara müxtəlif istiqamətlərdən xəbərlər ötürülüb: «Bu xəbərlər davamlı şəkildə araşdırılır. Sadəcə olaraq, bu gün Elşad Abdullayev tərəfindən adların açıqlanması bəlkə də proseslərin daha da sürətləndirilməsinə nədən olacaq».

Onu da bildirək ki, Elşad Abdullayev son videoda Xüsusi Dövlət Mühafizə Xidmətinin Səftər adlı əməkdaşı ilə bazarlıq etdiyi zaman əks olunub. Keçmiş rektor bildirib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və XDMX-nin rəisi general Vaqif Axundovun icazəsi olmadan XDMX-nin hansısa əməkdaşı onunla əlaqə yaradıb, bazarlıq edə bilməzdi. Yəni keçmiş rektor əslində bu sözləri ilə hər iki vəzifəlini yuxarıda qeyd etdiyimiz banda ilə əlaqədə ittiham edir.

DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, yeni siyasi dönəmin start düyməsini basan prezident İlham Əliyev məhz qardaş Türkiyədə həyata keçirilən «Ergenekon» əməliyyatlarının bənzərinin Azərbaycanda da baş tutması üçün iki nazirliyə göstəriş verib: «Hələlik bütün proseslər məxfi saxlanılır. Amma Azərbaycanda baş tutacaq əməliyyatlar Türkiyədəki hadisələri səs-küyünə görə, geridə də qoya bilər»…

Geri qayıt