Əsas Səhifə > Gündəm, Manşet > VAHİD ƏLƏKBƏROVA BAKIDA QADAĞA QOYULA BİLƏR

VAHİD ƏLƏKBƏROVA BAKIDA QADAĞA QOYULA BİLƏR


4-03-2013, 10:28
VAHİD ƏLƏKBƏROVA BAKIDA QADAĞA QOYULA BİLƏR
«LUKOYL»LA YANAŞI, DİGƏR RUS ŞİRKƏTLƏRİ DƏ NƏZARƏTALTINA ALINIR

DİA.AZ: - «Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilinin «Azərbaycanda «Lukoyl» prezidenti Vahid Ələkbərovun iştirakı ilə dövlət çevrilişi hazırlanır» açıqlaması rəsmi Bakı tərəfindən qulaqardına vurulmuş kimi görünsə də, əslində vəziyyət tamam fərqlidir. Bu şok məlumatı DİA.AZ-a bilgili qaynaqlar ötürüb. Mötəbər mənbənin verdiyi xəbərə görə, artıq qeyd olunan istiqamətdə ciddi hərəkətlənmə var və hətta «Lukoyl»la yanaşı, Azərbaycanda fəaliyyətdə olan Rusiyaya bağlı kapitala malik digər şirkətlərin də fəaliyyətlərinin nəzarətə alınması prosesinə start verilib.

Məlumatı verən mənbə bildirir ki, Vahid Ələkbərovun Bakıdakı adamları Saakaşvilini təkzib etsələr də və hətta bu məsələyə rəsmi Bakı adından PA rəsmisi Novruz Məmmədov münasibət bildirərək, edilən xəbərdarlığın yersiz olduğunu ifadə etsə də, vəziyyət tamam fərqlidir.

Mənbənin söylədikləri: «Təbii ki, Novruz Məmmədov bu şəkildə reaksiya verməli idi. Əks halda Rusiyaya cavab və yaxud da reaksiya verilməli, iki dövlət arasında bütün əlaqələr kəsilməli idi. Bu baxımdan Novruz Məmmədovun reaksiyası Azərbaycan dövlətçiliyinin maraqlarına uyğun hesab olunmalıdır. Amma bu o demək deyil ki, xəbərdarlıq qeyri-ciddidir».

Mənbəmiz bildirir ki, artıq rəsmi Bakı rus kapitalının Azərbaycandakı fəaliyyətini nəzarət altına almaq qərarını verib: «Hətta ola bilsin ki, «Lukoyl» Azərbaycandan qovulsun. Belə bir addımın atılması da gözləniləndir».

Geri qayıt