Əsas Səhifə > Sosial, Manşet > HAKİM KOMANDA YENİLƏNİR

HAKİM KOMANDA YENİLƏNİR


28-11-2011, 12:59
HAKİM KOMANDA YENİLƏNİR

İKİ AY ƏRZİNDƏ 400 MƏMUR İŞİNDƏN ATILACAQ

DİA.AZ: - Hakimiyyət total kadr islahatlarına hazırlaşır. Bu barədə redaksiyamıza məlumat Nazirlər Kabinetindəki qaynaqlar tərəfindən ötürülüb. Mötəbər mənbənin «Dünya» İnformasiya Agentliyinə (dia.az) bildirdiklərindən belə aydın olur ki, gələn ilin yanvar ayının ilk on günlüyündən etibarən iki dövlət qurumu ilə bağlı qərar veriləcək.

Xatırladaq ki, buna qədər də Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətlərinin əlaqələndirilməsi barədə məlumatlar yayılmışdı və hətta konkret təkliflər də səslənib ki, DGK VN-yə birləşdirilsin.

Mənbəmiz bildirir ki, Prezident Administrasiyasının və Nəqliyyat Nazirliyinin strukturlarında da kadr islahatları həyata keçiriləcək. Eyni zamanda bir sıra rayonların icra başçılarının da iki ay ərzində dəyişdirilməsi planlaşdırılır:

«Hakimiyyət bu yolla əslində İlham Əliyevin gəlişindən etibarən start götürən hakim komandanın yeniləşdirilməsi siyasətini yürütmüş olacaq».

Qeyd edək ki, artıq dövlət qurumlarında yaş senzi ilə əlaqədar bir sıra islahatlar həyata keçirilib: «Eyni səbəblə təxminən 400-ə yaxın dövət məmuru işdən atılacaq və onların yerinə yeni kadrlar təyin ediləcək. Maraqlıdır ki, 400 məmurun arasında kifayət qədər nüfuzlu məmurlar da var. Bu isə hakim komandanın yeniləşdirilməsi anlamını daşıyacaq».


Geri qayıt